Qusarda silsilə oğurluqlar edən gənc saxlanılıb VİDEO
Qusar, 1 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini Dadaşbala Mürşüdovdur. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, müxtəlif növ siqaretlər, energetik içkilər, qızıl-zinət əşyaları və bahalı velosiped oğurladığı müəyyən edilib.
Həmçinin D.Mürşüdovun 2018-ci ildə həmkəndlisinin evindən də qızıl-zinət əşyaları və pul oğurladığı müəyyən olunub.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.