Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ədliyyə islahatlarına və innovasiyalara dair “açıq qapı” günü keçirilib VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və müasirləşir, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə əhaliyə daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, dekabrın 8-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda mediatur təşkil olunmaqla “açıq qapı” günü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə nazirlik tərəfindən aparılan müxtəlif reyestrlər və elektron informasiya sistemləri, onların funksiyaları, notariat, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı sahəsində innovasiyalar, elektron və mobil xidmətlərlə bağlı yeniliklərlə tanış olublar.

Sonra nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə media nümayəndələri üçün brifinq keçirilərək vətəndaşların daha çox müraciət etdiyi ədliyyə orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Azərbaycan Prezidenti tərəfindən dövlət orqanlarının fəaliyyətində açıq hökumət prinsiplərinin, ictimai iştirakçılığın geniş tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən şəffaflığa, ictimaiyyətlə əlaqələrə, media və vətəndaş cəmiyyəti ilə vahid kommunikasiya siyasəti əsasında qarşılıqlı fəaliyyətə xüsusi önəm verildiyini, davamlı olaraq brifinq, mətbuat konfransı, ictimai müzakirə və təqdimatlar, mediaturlar təşkil edilməklə dövlət başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar və tətbiq olunan yeniliklər barədə ictimaiyyətin mütəmadi məlumatlandırıldığını bildirib, əhalinin hüquqi biliklərinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edən bu tədbirlərin əhəmiyyətini qeyd edib.

Çıxış edən İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ədliyyə xidmətlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən mobil tətbiqlər barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı iqtisadi islahatlar, sosial əhəmiyyətli layihələr, biznes mühitinin əlverişliliyinin artırılmasına, habelə cəmiyyətin rəqəmsal transformasiyasına yönələn tədbirlər xidmət institutunun müasir çağırışlara uyğun təkmilləşdirilməsini şərtləndirir.

Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ədliyyə sahəsində innovasiyaların tətbiqi geniş vüsət alıb. Hazırda nazirlik tərəfindən aparılan 10 dövlət əhəmiyyətli informasiya resursunun fəaliyyəti nəticəsində əhaliyə 35-dək elektron xidmət göstərilir, istifadəçilərin sayı son 5 ildə 15 milyon nəfəri ötüb.

Həmçinin elektron informasiya sistemlərinin inteqrasiyası hesabına məlumat mübadiləsinin aparılması xidmətlər göstərilərkən hər hansı sənədin təqdim olunması zərurətini aradan qaldırıb. Əhalinin birdəfəlik maddi yardım, ünvanlı sosial yardım, övladlığa götürmə, lisenziyaların, icazələrin alınması ilə bağlı aidiyyəti qurumlara müraciət imkanları sadələşdirilib.

Eyni zamanda, böyük ictimai maraq doğuran elektron notariat xidmətlərinin genişləndirilməsi barədə məlumat verilərək ölkədə aparılan bütün notariat hərəkətlərinin “Elektron notariat” informasiya sistemi üzərindən rəsmiləşdirildiyi qeyd olunub. 2008-ci ildən istifadəyə verilmiş və məsafədən xidmət göstərilməsinə imkan verən bu sistem müxtəlif qurumlarda, o cümlədən əhalinin sosial həssas təbəqələrinin müdafiəsində vacib rol oynayan, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzlərində elektron notariat kabinələri vasitəsilə vətəndaşlara daha asan və əlçatan xidmət göstərməyə imkan verir.

Qeyd olunub ki, notariusun vergi agenti qismində fəaliyyəti nəticəsində dövlət büdcəsinə hər il orta hesabla 40 milyon manat məbləğində vəsaitin köçürülməsi təmin edilir.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidentinin və Birinci vitse-prezidentinin şəhid ailələrinə xüsusi qayğılı və həssas münasibət göstərilməsi ilə bağlı çağırışına dəstək olaraq notariuslar şəhid ailə üzvlərinə öz hesablarına xidmət göstərirlər.

Brifinqdə, həmçinin elektron xidmətlərin yeni inkişaf mərhələsi olan mobil tətbiqlər barədə məlumat verilib. Bildirilib ki, etibarnamələrin verilməsi, onların ləğv edilməsi, sənədlərin həqiqiliyinin yoxlanılması, yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getmək üçün valideynlərin razılıq ərizələrinin təsdiqi kimi xidmətlər göstərən və hazırda 200 minə yaxın istifadəçisi olan “Mobil notariat” xidmətlərinin dairəsi daim genişləndirilir.

Son ayda mobil tətbiqə yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaş pasportu almasına dair valideynlərin, yaşayış yeri üzrə qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıqlarının rəsmiləşdirilməsi, açılmış vərəsəlik işlərinə dair məlumat əldə olunması, əks-əlaqə kimi yeni xidmətlər əlavə olunub. Həmçinin orada xidmətlərdən istifadə prosedurlarına dair videotəlimatlar yerləşdirilib.

Tədbirdə insan həyatında ən əlamətdar hadisələrin - vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi sahəsində tətbiq olunan yeniliklərdən danışılıb.

Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycan Prezidentinin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin, əhalinin rifahının xeyli yüksəlməsinin demoqrafik inkişafa təsir etməklə, doğumun, nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb.

Qeyd edib ki, elektron xidmətlərin göstərilməsi və qlobal pandemiya şəraitində dövlət dəstək proqramlarının operativliyinin təmin edilməsində məlumatların elektronlaşdırılması xüsusi rol oynayıb.

Dövlətimizin başçısının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” Fərmanına əsasən yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində doğumun qeydiyyatında yüksək əhatəliliyin, o cümlədən 9 minə yaxın uşağın doğum haqqında şəhadətnamə ilə təmin edilməsinə nail olunub.

Bu sahədə tətbiq olunan daha bir yenilik doğum və vəfat etmə faktlarının müraciət gözlənilmədən elektron qaydada qeydə alınması prosedurudur. Səhiyyə Nazirliyinin informasiya sistemi ilə inteqrasiya sayəsində əldə olunan elektron tibbi sənədlər əsasında artıq doğum və ölüm haqqında elektron şəhadətnamələrin verilməsi xidmətinin istifadəsinə başlanılıb.

Bundan əlavə, ailə münasibətlərinin qorunması istiqamətində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət etmiş şəxslər üçün psixoloqların mediasiya xidmətləri təşkil edilir. Görülən tədbirlər nəticəsində söhbətlərə cəlb edilmiş həmin şəxslərin təxminən 40 faizi boşanma fikrindən daşınıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsi istiqamətində aparılan genişmiqyaslı hərtərəfli islahatlardan söz açan Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəhbəri Aslan Hacıyev isə qeyri-kommersiya qurumlarının fəaliyyətinə dəstək sahəsində görülən işlər, tətbiq olunan elektron xidmətlər barədə məlumat verib.

Bildirilib ki, son 5 ildə vətəndaş cəmiyyəti institutlarına dəstək məqsədilə 900 milyon manatdan çox vəsaitin ayrılmasına dair 10 min layihə qeydiyyata alınıb.

Dövlətimizin başçısının təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının fəaliyyətini, habelə onların maliyyələşdirilməsi qaydasını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində təsis sənədlərində edilmiş, habelə reyestrdə qeydə alınmış faktlarla bağlı sonrakı dəyişikliklərin, eləcə də layihələrin maliyyələşdirilməsi üzrə müqavilə və ya qərarların qeydiyyata alınması üçün artıq Ədliyyə Nazirliyinə bilavasitə müraciət edilməsi zərurəti aradan qaldırılıb. Bunun üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə sənədləri elektron qaydada təqdim etmək kifayətdir.

Qeyd olunub ki, dövlətimizin başçının rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır, çoxpartiyalı parlament formalaşıb, partiyalararası geniş dialoq aparılır. Bu prosesin davamı olaraq son dövrdə doqquz yeni siyasi partiyanın qeydiyyata alınması da siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürü olub. Bununla qeydiyyata alınmış partiyaların ümumi sayı 58-ə çatıb.

Nazirlik tərəfindən göstərilən xidmətlərdən biri də sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılmasıdır. Bu barədə danışan Dövlət reyestrləri idarəsinin rəhbəri Seymur İsmayılov ölkə başçısının təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən yaradılmış məlumat reyestrinin sahibkarların hüquqlarının qorunmasında, o cümlədən əsassız yoxlamaların qarşısının alınmasında, bu sahədə şəffaflığın təmin edilməsində əhəmiyyətini vurğulayıb, yoxlamaların tam avtomatlaşdırılmış şəkildə sahibkar-məmur təması olmadan qeydiyyatının təşkil edildiyini diqqətə çatdırıb. Dövlət başçısının ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış əlverişli şəraitdən yararlanan və daim dövlət qayğısı ilə əhatə olunan sahibkarlar üçün, eləcə də yoxlayıcı orqanlar üçün reyestrin səmərəsi qeyd olunaraq ötən dövrdə yoxlamaların sayının 80 faizədək azaldığı bildirilib.

Sonda sual-cavab sessiyası keçirilib və brifinq iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Ədliyyə islahatlarına və innovasiyalara dair “açıq qapı” günü keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında