Abşeron rayonunda yaşayış yerlərini tərk edən koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıblar VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Novxanı və Saray qəsəbələrində keçirdikləri profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələrini ictimai yerdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evi tərk etmiş İlqar Hacıyev və Sənan Adıgözəlovu işə gedərkən aşkarlayıblar. İzahedici söhbətlərdən sonra həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları da məlumatlandırılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.