Şimal rayonlarında özünüməşğulluq proqramı çərçivəsində 17 nəfərə “kiçik dərzi” zərfi üzrə aktivlər verilib VİDEO
Xaçmaz, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 17-də Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Xaçmaz, Quba və Qusar rayonlarında ümumilikdə 17 nəfərə “kiçik dərzi” zərfi üzrə aktivlər təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonu üzrə 7, Xaçmaz rayonu üzrə 6, Qusar rayonu üzrə 4 vətəndaş proqramdan faydalanıb. Onlardan 1 nəfər şəhid ailəsinin üzvü, 2 nəfər qazi, 4 nəfər isə qazinin ailə üzvüdür.
Quba, Qusar və Xaçmaz rayonları üzrə 9 saylı Ərazi Məşğulluq filialı tərəfindən cari ildə 839 nəfər özünüməğulluq proqramına cəlb edilib. Onlardan 688 nəfər kənd təsərrüfatı üzrə, 151 nəfər isə xidmət və istehsal sahələrinə aiddir.
Filialın müdiri Cəfər Cəfərov bildirib ki, kənd təsərrüfatı üzrə aktivlərin paylanılması cari il üçün yekunlaşıb, hazırda xidmət və istehsalat sahələri üzrə aktivlərin paylanılmasına başlanılıb. Hər bir xidmət zərfi üzrə paylanış mərhələli şəkildə ilin sonuna qədər davam etdiriləcək.