İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib VİDEO
İmişli, 11 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda yol qəzasında minik avtomobili piyadanı vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza İmişli şəhər Heydər Əliyev prospektində qeydə alınıb. İmişli sakini 1997-ci il təvəllüdlü Babazadə Orxan Ələddin oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən piyada digər rayon sakini 1963-cü il təvəllüdlü Sarıyev Nizam Hüseyn oğlunu vurub. Hadisə nəticəsində xəsarət alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.