REGİONLAR
Sabirabadda qanvermə aksiyası keçirilib VİDEO







Sabirabad, 12 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda qanvermə aksiyası keçirilib. Aksiyada sakinlər könüllü olaraq iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya B.Eyvazov adına Hematologiya Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının təşkilatçılığı ilə gerçəkləşib. Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən aksiya üçün Sabirabad Olimpiya İdman Kompleksində lazımi şərait yaradılıb. Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü iştirak edib.
Donorlar müvafiq tibbi müayinələrdən keçdikdən sonra aksiyaya cəlb olunub. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.