Uşaqların sevinci, buzlu yollar və ağ örpəyli Qəçrəş meşəsi - Qubadan FOTOREPORTAJ VİDEO
Quba, 17 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubada qar adətən ucqar dağlıq ərazilərə daha çox yağır. Amma bu dəfə qarın hündürlüyü rayon mərkəzində daha çoxdur. Qubaya 20 santimetrdən çox hündürlükdə qarın yağması uşaqlar və turistlərin daha çox sevincinə səbəb olub.
AZƏRTAC Qubada qarın yaratdığı gözoxşayan mənzərələri, uşaqların sevincini əks etdirən fotoreportajı təqdim edir.