CƏMİYYƏT
Xudatda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkə aşkarlanıb VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə aşkarlanıb. Şəbəkənin üzvləri - Xudat şəhər sakinləri Marat Mirzəyev, Samir Mirzəyev, Reyhan Mirzəyeva, Murad Qazıyev və Asif Abdullayev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə metamfetamin və heroin aşkarlanıb. Həmin şəxslərin yaşadıqları mənzillərə baxış zamanı əlavə olaraq metamfetamin və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.