Sumqayıtda məktəbliyə tütün məmulatı satan şəxs inzibati qaydada cərimələnib VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Polis əməkdaşları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması müəyyən olunub. Faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər bundan sonra da mütəmadi qaydada davam etdiriləcək.