Azərbaycan Dövlət İnformasiya Agentliyi

1990-cı il 22 iyul - böyük qurtuluşa Vətəndən başlanan yolun başlanğıc günü

1990-cı il 22 iyul - böyük qurtuluşa Vətəndən başlanan yolun başlanğıc günü

Naxçıvan, 22 iyul, AZƏRTAC

Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq təhlükəsindən hifz etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır” qənaəti bəhs olunan dövrə verilən ən dəqiq qiymətdir. Burada Naxçıvan amilinin böyük yeri var.

Bu, bir faktdır ki, gündən-günə müasirləşən, gəncləşən, hər birimizin qürur duyduğu qədim yurd yerimiz Naxçıvan yüzillərboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi.

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov belə xarakterizə edir: “Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı...”

O illəri xatırlayanda qədim diyarın böyük xilaskara, xilaskarlıq missiyasını həyata keçirəcək dahi şəxsiyyətin isə Onu sevən, ətrafında sıx birləşərək müqəddəs amallara çatmaq üçün hər cür çətinliyə səbir edən, durmadan çalışan sədaqətli insanlara ehtiyacı olduğunu görmək heç də çətin deyil. Elə bir dövr yaşanmaqda idi ki, qədim Oğuz yurdunu təhlükələrdən xilas etmək, onu qorumaq, bütün istiqamətlər üzrə müstəqil dövlət quruculuğu kimi taleyüklü əhəmiyyətə malik mühüm bir prosesin inamla aparıldığı siyasi-ideoloji mərkəzə çevirmək lazım idi. Çünki ötən əsrin 80-ci illərinin sonlarında muxtar respublikanın sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən hücuma məruz qalmış, dincliyi əlindən alınmışdı. Blokadaya salınan Naxçıvanda iqtisadi və siyasi böhran daha da dərinləşməkdə idi.

Naxçıvanlılar əmin idilər ki, bu yurdu yalnız
Ulu Öndər xilas edə bilər

Görkəmli dövlət xadimi Heydər Əliyevin belə bir dövrdə - 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya qayıdışı naxçıvanlılara böyük ümid və sevinc bəxş etdi. Bu qayıdış insanların Azərbaycanın bütün bəlalardan xilas olacağına ümidlərini artırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara qayıdışı əhali tərəfindən sevinclə qarşılandı. Naxçıvanlılar əmin idilər ki, bu yurdu yalnız Ulu Öndər xilas edə bilər. Məhz elə bu səbəbdən o dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdi. Gəldi və öz xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Ulu Öndər sonralar bu barədə deyəcəkdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma, eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta Yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

Həmin illərdə qədim diyarda dövlətçiliyimizin
gələcəyi naminə tarixi qərarlar qəbul olundu

Naxçıvana gəldikdən qısa müddət sonra - 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürərək muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Ümummilli Liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Ulu Öndər 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli Seçki Dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadiminin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan MSSR adından “Sovet”, “Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. O dövrdə belə cəsarətli addımları, ancaq Ulu Öndər kimi dahi bir şəxsiyyət ata bilərdi.

O ağır, məşəqqətli günlərdə naxçıvanlılar Ulu Öndərə böyük sevgi və ehtiram bəsləyərək dünya şöhrətli siyasətçinin doğma diyarımıza rəhbərlik etməsini arzulayırdılar. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycan tarixində Ulu Öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı. Sessiyadakı ilk çıxışında dahi şəxsiyyət öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Ulu Öndər Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi
dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü

Ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü, “Hakimiyyət xalq üçündür!” prinsipini reallığa çevirdi. Görkəmli dövlət xadimi düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ümummilli Liderə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

Həmin dövr elə bir dövr idi ki, Azərbaycan xalqının birliyinə nail olmadan və bu həmrəyliyi sağlam ideologiya əsasında yaratmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. Məhz buna görə də Ulu Öndər Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. Bu baxımdan 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bununla da 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Həmçinin 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirildi.

Həmişə xalqımıza qarşı təcavüzkar mövqedə dayanan Ermənistanın blokadaya saldığı, o vaxtlar mərkəzi hakimiyyətin biganə münasibət göstərdiyi Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni, xüsusilə diqqətdə saxlayan görkəmli dövlət xadimi Heydər Əliyev 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, Sədərək və Culfa gömrük-keçid məntəqələri yaradıldı. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı. Ümummilli Liderimizin Naxçıvanın xilası, müstəqil dövlətçilik naminə həyata keçirdiyi islahatlar, gördüyü işlər ozamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanırdı. Bütün bunlar bir məqsədə - Heydər Əliyev ideyalarının, xilaskarlıq missiyasının qarşısını almağa xidmət edirdi. Lakin buna nail olmaq mümkün deyildi. Ona görə ki, bütün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü.

Naxçıvan 1990-cı ildən yenidən 1969-cu ildən başlanan Heydər Əliyev
quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıtdı

Qədim diyarımızda iqtisadi inkişafın aparıcı sahələrindən olan kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də həmin illərdə diqqət mərkəzində idi. Ulu Öndərin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Həmin qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amilə çevrildi, Azərbaycanda torpaq islahatına məhz Naxçıvandan başlanıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov o dövrdə Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən deyib: “Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü. Qonşu Türkiyə və İranla iqtisadi, mədəni, humanitar əlaqələr yaradılmışdı. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla, Azərbaycanda böyük nümunə gücünə malik idi”.

Xalqın böyük inam və sevgisinin əyani ifadəsi

Bütün Azərbaycanın güvəncinə çevrilən Ümummilli Liderimizə 1992-ci ilin 16 oktyabrında ölkə ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə ümummilli lider Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuş “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya hazırda öz sıralarında milli ruhlu insanları birləşdirən, müstəqillik, dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənpərvərlik ideyalarına mənsub olan kütləvi siyasi təşkilata çevrilib.

Onu da xüsusi vurğulayaq ki, Ümummilli Liderin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə, Azərbaycan miqyasında parlaq gələcəyə olan inam hissini alovlandırmışdı. Ölkəmizin digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğlu Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Xalqın böyük inam və sevgisinin əyani ifadəsi olan bu məktublarda, teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalıqlarından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Görkəmli dövlət xadimi təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olub, onların problemlərinin həllinə çalışıb və buna nail ola bilib.

Ulu Öndər Azərbaycanı yox olmaqdan xilas etdi

1993-cü ildə Azərbaycan xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün görkəmli dövlət xadimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın davamlı çağırışlarını nəzərə alan dahi öndərin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu. 15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə düşdü, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz ulu öndər Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır və bu yol əbədidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümummilli Liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışarkən deyib: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə,
onu qoruyub saxlamaq da bir o qədər çətindir

Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində azadlıq və müstəqilliyimiz daimi və əbədi olub. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artmışdır. Elə ötən ilin sentyabr ayının 27-də başlayan, 44 gün davam edən və dövlətimizin, dövlətçiliyimizin tarixinə böyük Qələbə kimi yazılan ərazi uğrunda mücadilə də göstərdi ki, bu gün Ulu Öndərin xilaskarlıq missiyasından başlanan yolu Onun siyasi varisi ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Görkəmli dövlət xadiminin uzun illər üçün müəyyənləşdirilmiş ideyaları Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verdi, bu siyasətin uğurlu davamı nəticəsində əsl tərəqqiyə nail olundu. Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin əsasının Naxçıvanda qoyulması qədim diyarda tarixən mövcud olmuş zəngin dövlətçilik ənənələrinin davamı kimi də təqdirəlayiqdir. Onun 1990-cı il iyulun 22-də Naxçıvan Muxtar Respublikasına qayıdışı və buradakı fəaliyyəti 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir. Bu tarixdən ötən 31 il ərzində ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasi xəttinin, fenomenal fəaliyyətinin, Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının təntənəsidir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev həyatda nə əldə edibsə, öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı... Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir