CƏMİYYƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Türkiyə Daxili İşlər Nazirliyi arasında anlaşma memorandumu imzalanıb VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu agentliyin icraçı direktoru Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıblar.
Anlaşma memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək göstərərək, ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.