Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müzəffər Ali Baş Komandanın Gənclər Forumunda səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu daha da artırıb VİDEO

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı və çoxsaylı sualları cavablandırarkən səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb, onların fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyub.

Hazırda Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, ideoloji və mədəniyyət mərkəzlərində Gənclər Forumunun materialları geniş təbliğ edilərək dərindən öyrənilir, forum iştirakçıları ilə şəxsi heyətin görüşləri keçirilir və Ordu gəncləri milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutaraq Vətənə, xalqa, dövlətə sədaqətli xidmətlərini şərəflə davam etdirirlər.

Forumun əvvəlində Prezidentə ünvanlanan “Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gənclərinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına Müzəffər Ali Baş Komandanın əhatəli cavabı hər bir Vətən əsgəri üçün də artıq fəaliyyət kredosuna çevrilib: “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir... Müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub... Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq”.

Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoymuş ulu öndər Heydər Əliyev vaxtilə demişdir: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.

Prezident İlham Əliyev Gənclər Forumunda sualları cavablandırarkən dediyi hər kəlmədə, hər fikrində də gənclərimizi milli dəyərlərimizin tərkib hissəsi olan zəngin mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, ana dilimizi qorumağa, milli köklər üzərində inkişaf etdirməyə, gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməyə, Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmağı özlərinə borc bilməyə çağırıb.

Müzəffər Ali Baş Komandan fəxr edir ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular, müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı... Azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər...

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 19 il əvvəl hər bir Azərbaycan vətəndaşının prezidenti olacağına and içən və bu məsuliyyətli, şərəfli missiyanı uğurla yerinə yetirən dövlətimizin başçısının Gənclər Forumunda səsləndirdiyi fikirlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında ordu gəncləri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə də hərarətlə qarşılanıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun və forumun birinci ildönümündə Ulu Öndərlə görüşün iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək Heydər Əliyevlə başlanan dövlət gənclər siyasətinin bu gün də ölkəmizdə uğurla davam etdirildiyini və növbəti Gənclər Forumunun gənclərimizin həyatında yeni bir mərhələ açacağına əminliyini bildirib. Qeyd olunub ki, dünya üzrə Gənclər Günü Azərbaycanda təsis edildikdən iki il sonra, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilib. Bu, bir tarixdir və tarixdən heç nəyi silmək olmaz.

Gənclər Forumunda Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi haqqında danışarkən dediyi “Bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı... Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi” fikirləri gənclərdə nə qədər qürurverici hisslər yaşadıbsa, “Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar” fikirləri müharibə iştirakçılarının məsuliyyətini daha da artırıb. Onlar Prezident İlham Əliyevin etimadını doğrultmağa, əməlləri ilə nəsillərə nümunə olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov tədbir iştirakçılarını və qonaqları salamlayaraq Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin çıxışının və səsləndirdiyi fikirlərin ordumuzun həyatında da geniş iz buraxdığını və Ordu gənclərinin qarşısında daha məsuliyyətli mühüm vəzifələr qoyduğunu qeyd edib. General-mayor B.Orucov böyük əminliklə bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti, xüsusilə də ordu gəncləri bundan sonra da Müzəffər Ali Baş Komandanın əmr, göstəriş və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirəcək, xidməti vəzifələrinin öhdəsindən layiqincə gələcəklər.

Dövlətimizin başçısının “Biz Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlıqların zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir. Bu aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq gediblər” fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıldıqdan sonra Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov həmin aslanlardan biri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş kapitan Ramazan Hudulovu tədbir iştirakçılarına təqdim edərək deyib: “Gənclər Forumunda Azərbaycan Ordusunu təmsil edən hərbi qulluqçulardan biri də kapitan Ramazan Hudulovdur. Onun 27 yaşı var. Balakən rayonunda anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əlaçı məzunlarındandır. Vaxtilə mənim də xidmət etdiyim cəbhə bölgəsindəki hərbi birlikdə gənc leytenant kimi fəaliyyətə başlayıb. Vətən müharibəsinin ilk günündən tabor komandirinin müavini kimi hərbi əməliyyatlara qatılıb. Dörd dəfə ağır qəlpə yarası almasına baxmayaraq, döyüş meydanını tərk etməyib. Xocavənd və Füzuli rayonlarının bir neçə yaşayış məntəqəsini işğaldan azad etdikdən sonra Laçın yoluna, mədəniyyətimizin paytaxtı Şuşa şəhərinə doğru şanlı döyüş yolu keçib. Şuşanın açarı olan Daşaltı kəndinin azad edilməsində müstəsna xidmətlər göstərib. Tabor komandiri ağır yaralanıb təxliyə edildikdən sonra tabora komandirliyi üzərinə götürüb. Düşmənə tutarlı zərbələr vuraraq təminat gətirən onlarla vasitəni və düşmənin xeyli canlı qüvvəsini məhv edib. Göstərdiyi şəxsi igidlik və şücaətə görə müharibənin gedişində “kapitan” hərbi rütbəsinə, sonra isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və digər döyüş medalları ilə təltif edilib. Hazırda Azərbaycan Ordusunda xidmətini uğurla davam etdirir”.

Vətən Müharibəsi Qəhrəmanı, Gənclər Forumunun iştirakçısı kapitan Ramazan Hudulov alqışlarla qarşılanıb və ona gül çələngi təqdim olunub.

Kapitan Ramazan Hudulovun sevimli müəllimi, Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan polkovnik-leytenant Bəhruz Rüstəmov vaxtilə dərs dediyi kursantla bu gün “Vətən Müharibəsi Qəhrəmanı” kimi görüşdüyünü həyatının ən xoşbəxt günü kimi daim xatırlayacağını, qəhrəmanla birlikdə Daşaltı kəndinə qədər döyüş yolu keçən müharibə qazisi əsgər Şamo Zərbalıyev mina partlayışı nəticəsində ağır yaralanarkən gənc komandirinin ona göstərdiyi ilk tibbi yardımı heç vaxt unutmayacağını qeyd ediblər.

Səmimi qarşılanma üçün bir daha minnətdarlıq edən qəhrəman döyüşçümüz R.Hudulov Vətən müharibəsi iştirakçısı polkovnik Elvin Əzizov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Fazil Əhmədov, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Əhməd Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elşən Behbudlu və başqalarının suallarına maraqlı cavablar verib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Müzəffər Ali Baş Komandanla görüşlərini xatırlayan kapitan R.Hudulov Gənclər Forumunda dövlətimizin başçısının səsləndirdiyi fikirlərin onda da böyük ruh yüksəkliyi yaratdığını və bundan sonra da milli və dövlətçilik maraqlarını prioritet edərək ölkəmizdə vətənpərvərliyin təbliği sahəsində səylərini əsirgəməyəcəyini vurğulayıb: “Həyatımda əlamətdar hadisələr çox olub. Ancaq Hərbi Qənimətlər Parkında Prezident İlham Əliyevlə görüşümüz heç vaxt yadımdan çıxmır. Mən o vaxt Müzəffər Ali Baş Komandanın qarşısında çıxış edərək qalib Azərbaycan Ordusunun hər bir döyüşçüsünün ürəyindən keçənləri dövlətimizin başçısına çatdırdım. Məruzə etdim ki, Azərbaycan Ordusunun qalib Ordu səviyyəsinə yüksəldilməsi, ordumuzun güclü dünya orduları sırasında yer alması şəxsən Müzəffər Ali Baş Komandanın adı ilə bağlıdır. Bu müharibədə digər amillərlə yanaşı, Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi də qələbə çaldı. Diqqətə çatdırdım ki, Azərbaycanda bir çox xalqların nümayəndələri - türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udinlər, tatlar və digər xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən avar xalqının nümayəndəsiyəm, mən Azərbaycan vətəndaşıyam! Bizim bir adımız var, biz Azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi”.

Vətən Müharibəsi Qəhrəmanı Prezident İlham Əliyevin ““Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız” fikrini xatırladaraq bir daha bəyan etdi ki, heç bir yad təsir, fitnə-fəsad bizim birliyimizi poza bilməz, bizi haqq yolumuzdan döndərə bilməz! Biz birik, biz bərabərik, biz həmrəyik və hər birimiz Azərbaycanlıyıq, hər birimiz Qarabağlıyıq!

Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı, Gənclər Forumunun iştirakçısı kapitan Ramazan Hudulova Müdafiə Nazirliyinin rəhbərliyi adından qiymətli hədiyyə təqdim edilib və bundan sonrakı fəaliyyətində də ona yeni müvəffəqiyyətlər arzulanıb.

Müzəffər Ali Baş Komandanın Gənclər Forumunda səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu daha da artırıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib