2005-Cİ İLDƏ TÜRKİYƏ LİRƏSİ DENOMİNASİYA EDİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə hökuməti yeni lirə buraxılması haqqında qərar qəbul etmişdir. Bu qərar Prezident Əhməd Necdət Sezərin təsdiqindən sonra “Rəsmi qəzeti”də dərc olunmuşdur. Qərara əsasən, yeni banknotlar 2005-ci il yanvarın 1-dən tədavülə girəcəkdir. Türkiyə lirəsindən 6 sıfır silinəcək və yeni 1 lirə indiki 1 milyon lirəyə bərabər olacaqdır. 2005-ci il ərzində ölkə ərazisində həm köhnə, həm də təzə banknotlar işlənəcəkdir. 2005-ci il dekabrın 31-nə qədər bütün köhnə banknotların tədavüldən çıxarılması planlaşdırılmışdır.