2050-ci ildə İtaliya əhalisinin 4 milyon nəfər azalacağı gözlənilir
Roma, 25 iyul, AZƏRTAC
İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına əsasən, 2050-ci ildə ölkə əhalisinin sayı hazırkı rəqəmdən 4 milyon nəfər az olacaq.
AZƏRTAC xəbər verir ki, 2023-cü ildə təxminən 59 milyon nəfər olan əhalinin sayının 2030-cu ildə 58,6 milyona, 2050-ci ildə 54,8 milyona, 2080-ci ildə isə 46,1 milyona nəfərə enəcəyi gözlənilir.
Əmək qabiliyyətli yaşda olanların (15-64 yaş) əmək qabiliyyətli olmayan şəxslərə (1-14 və 65 yaş və yuxarı) nisbəti 2023-cü ildəki üçdəikilik göstərici ilə müqayisədə 2050-ci ildə təxminən birə yüksələcək. 2050-ci ildə orta yaş həddi 50 yaş civarında olacaq.
İyirmi ildən sonra İtaliyada bir milyona yaxın ailə olacağı və hər 4 ailədən birinin uşağı olacağı gözlənilir. Buna səbəb kimi ömür uzunluğunun artması və nikahlardakı qeyri-sabitlik göstərilir. Uşaqlı cütlüklərin sayının azalmasının davamlı olacağı proqnozlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]