20 Yanvar bütün türk dünyasının tarixində qanlı səhifədir
Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC
Gənclər 20 Yanvar tarixini mübarizə günü kimi beyinlərində həkk etməlidir.
Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Türkiyə vətəndaşı Hüseyn Başağa AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, 20 Yanvar bütün türk dünyasının tarixində qanlı bir səhifədir. 1990-cı ildə Azərbaycanın haqq səsini boğmaq üçün xalqa divan tutuldu. Hər birimiz bu günün ağrısını ürəyimizdə hiss edirik.
O, 5 ildir ki, yanvarın 20-də Şəhidlər xiyabanına gəldiyini deyib .Bildirib ki, 20 Yanvar hadisələri heç zaman unudulmamalıdır. Bu tarixi gənclərimizə, övladlarımıza çatdırmalı, şüurlarına həkk etdirməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]