20 Yanvar faciəsi qurbanlarının xatirəsi Bərdədə geniş qeyd edilmişdir
Bərdə, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Bərdə rayonunda müxtəlif tədbirlər keçirilmişdir. Faciənin ildönümü ərəfəsində bütün idarə və təşkilatlarda, Heydər Əliyev muzeyində, təhsil və mədəniyyət müəssisələrində konfranslar, yığıncaqlar təşkil edilmiş, yanvarın 19-da məktəblərdə dərslər faciəyə həsr olunmuşdur.
Yanvarın 20-də şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarlarını ziyarət etmişlər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlham Ağayev 1990-cı il yanvarın 20-də Bakıda sovet hərbçiləri tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışdır.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]