20 Yanvar hadisələri xalqımızın birliyinin nümayişi idi
Bakı, 21 yanvar (AZƏRTAC). Xalqımızın qan yaddaşında silinməz bir iz buraxmış 20 Yanvar hadisələrində canlarını fəda etmiş şəhidlərimizin məzarını ziyarət edənlərdən biri də Bakı sakini Rüstəm İsgəndərov idi.
Bu faciənin canlı şahidlərindən biri olan R.İsgəndərov AZƏRTAC-a müsahibəsində demişdir ki, 20 Yanvar hadisəsi ilk növbədə xalqımızın birliyini nümayiş etdirdi.
Sovet imperiyası artıq öz dövrünü başa vurmaq üzrə idi. Azərbaycan xalqı isə bu imperiyanın tərkibindən çıxaraq, müstəqil dövlətini qurmaq istəyirdi.
Lakin respublikanın o vaxtkı rəhbərləri hər vəchlə bu hadisələrin qarşısını alır, xalqımızın müstəqillik arzusunu boğmağa çalışırdılar. Məhz həmin o müdhiş gecə milli azadlıq hərəkatını boğmaq məqsədilə Sovet rəhbərliyinin göstərişi ilə Bakıya yeridilən ordu birləşmələri günahsız insanları qanına qəltan etdi. Mənim yaxın qohumlarım da o gün sovet zirehli texnikasının altında qalmış və şikəst olmuşlar.
Arzu edirəm ki, gənclərimiz xalqımızın başına gətirilən bu faciələri heç zaman unutmasın və dostla düşmənini ayırd edə bilsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]