20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikaçılar Partiyasının təşəbbüsü ilə Siyasi Partiyaların Məşvərət Məclisi və “Odlar Yurdu” Universiteti 20 Yanvar faciəsinin 14-cü ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə, Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Tədbirdə çıxış edənlər 1990-cı ilin 20 Yanvarında imperiya ordu birləşmələrinin əliyalın insanlara qarşı törətdiyi vəhşiliklərdən söhbət açmış, qanlı faciədə şəhid olan soydaşlarımızın xatirəsini xalqımızın daim əziz tutacağını vurğulamışlar.