Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar: xalqın qəhrəmanlıq tarixi

20 Yanvar: xalqın qəhrəmanlıq tarixi

Bakı, 18 yanvar, AZƏRTAC

20 Yanvar Ümumxalq Hüzn Günü çağdaş tariximizə qanla yazılmış şanlı bir tarixdir. Xalqımızın heç vaxt unutmayacağı, həm də qürurla xatırlayacağı həmin tarix 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının zülmünə qarşı azadlıq mübarizəsinin doğuluşu ilə əlamətdardır. Həmin gecə sovet rəhbərliyi ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmış Azərbaycan xalqını hərbi güclə susdurmaq istəsə də, atılan güllələr milli müqavimət sipərinə dəyərək qayıdıb imperiyanın öz kürəyinə sancıldı. Bu yaradan özünə gələ bilməyən imperiya iki il keçməmiş tarixin zibilliyinə gömüldü. Yetmiş il ölkəmizi işğal altında saxlayaraq istismar edən, Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin yerində əsarət səltənəti yaradan sovet rejimi zor və hiylə ilə çox şeyə nail olsa da, xalqımızın milli qürurunu yox edə bilməmişdi. Elə buna görə də ən müasir texnika və silahlarla təchiz edilən ordu əliyalın xalqın qəzəb və nifrətini aşa bilməyərək rüsvaycasına məğlub oldu. Minlərlə dinc vətəndaş gülləbaran edilsə də, Bakıda, digər əyalətlərimizdə misli görünməmiş bir qətliam törədilsə də, insanlarımız əsarətin yeni zəncirini parçalayıb azadlıq savaşına qalxdı.

Xalq hərbi rejim, fövqəladə vəziyyət şəraitində belə öz mübariz şəhidlərini çiyninə qaldıraraq dünyaya əyilməz iradəsini və milli ləyaqətini göstərdi. Bütün bu vəhşiliklərə rəğmən işğalçı kütləvi insan qırğınını gizlətmək istiqamətində növbəti cinayətinə əl atdı. Dövlət televiziyasının enerji bloku partladılaraq Azərbaycan informasiya blokadasına salındı. O zaman Azərbaycanın mərkəzə bağlı kölə rəhbərliyi qaçıb gizləndi, populist meydan qəhrəmanları da yoxa çıxdı. Xalq özü qanla yazılmış yeni tarixinə sahib çıxaraq xəyanətkar imperiyaya birdəfəlik “yox!” dedi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, həmin ağrılı-acılı günlərdə Azərbaycanın iradəsini, haqq səsini dünyaya çatdıran həqiqi liderə ehtiyac var idi və bu missiyanı o vaxtadək Vətəninə olan sədaqətini, xalqına olan sevgisini, müdrik fəaliyyəti ilə sübut etmiş Ulu Öndər Heydər Əliyev cəsarətlə yerinə yetirdi. Ümummilli Lider Bakıda silahlı ordu ilə üz-üzə gələn xalqın səsini imperiyanın mərkəzində, Moskvadakı Azərbaycan nümayəndəliyində kəskin şəkildə ifadə edərək dünyanı bu qırğın barədə məlumatlandırdı. Dahi şəxsiyyət Heydər Əliyev Qorbaçov başda olmaqla keçmiş ittifaq rəhbərliyini cinayətkar adlandırdı. Həyatı üçün yarana biləcək təhlükəyə baxmayaraq, xalqımızın böyük oğlunun dünyanı silkələyən məlum bəyanatı Azərbaycana göstərdiyi xidmətin davamı idi. Ümumiyyətlə, Ulu Öndər harada yaşamasından, hansı vəzifədə olmasından asılı olmayaraq nümunə göstərdi. Bu, lider-xalq vəhdətinin bütün coğrafi və siyasi məhdudiyyətlərə üstün gələn növbəti ifadəsi idi. Proseslər bir daha sübut etdi ki, Ulu Öndər düşmənçilik qəsdi ilə vəzifəsindən kənarlaşdırılmasaydı, xalqımız belə faciə yaşamayacaqdı. Azərbaycana qarşı törədilən bu amansız qırğına təəssüflər olsun ki, siyasi qiymət çox gec verildi. Sonrakı illərdə müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunanlar 20 Yanvar faciəsinə siyasi qiymət verməkdən belə çəkindilər. Xalq yenidən unudulmaz Heydər Əliyevin fədakarlığına şahidlik etdi. Ümummilli Liderin təkidli tələbi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə siyasi qiymət verdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSRİ Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasındakı tarixi çıxışından danışan deputat diqqətə çatdırıb: “1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı hərbi qətliam törədilməsi bir daha bəyan edildi. 1994-cü ilin yanvarında 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Ulu Öndərin imzaladığı Fərman cəmiyyət tərəfindən məmnunluqla qarşılandı. 1994-cü il yanvarın 5-də isə Ulu Öndərin imzaladığı Fərmanla Milli Məclis 20 Yanvar qətliamını müzakirəyə çıxararaq xalqımıza qarşı törədilmiş bu dəhşətli cinayətə siyasi qiymət verdi”.

Deputat sonda vurğulayıb ki, 20 Yanvar müstəqillik eşqi ilə yaşayan bir xalqın mübarizə etirazına, qəhrəmanlıq tarixinə çevrildi. Azadlıq təşnəsi ilə əliyalın düşmən tanklarından qorxmayan bir xalq xarakter nümayiş etdirərək, dünyanı heyran etdi və təsdiqlədi ki, müqəddəs amalı uğrunda canını qurban verməyə hazırdır. Azadlığımızın ilk müjdəçiləri olan 20 Yanvar şəhidləri hər birimizin qürur mənbəyidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb