Tovuzda avtomobil təmiri sexində yanğın baş verib VİDEO



Tovuz, 16 iyul, AZƏRTAC
Tovuzda avtomobil təmiri sexində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Aşıq Mikayıl Azaflı küçəsinin kəsişməsində Elburus Həsənova aid avtomobil təmiri sexində qeydə alınıb.
İlkin ehtimala görə, qısa qapanmadan yaranan alov təmir sexini ağuşuna alıb. Sexdə hadisə zamanı 5 avtomobil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 110 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük və “Renault” markalı minik avtomobilləri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.