Mühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.