Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunda “Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət” adlı sərgi açılıb VİDEO

Moskva, 17 may, AZƏRTAC

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılan XX əsr-XXI əsrin əvvəllərinə aid Azərbaycan təsviri sənət ustalarının unikal əsərləri təqdim olunur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgini açaraq Rusiyanın bir çox region və şəhərlərində görkəmli dövlət və siyasət xadimi, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafında yeni səhifə açan Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlərin keçirildiyini vurğulayaraq deyib: “Vladimir yaxınlığında kitabxanadan tutmuş, Moskvada və Rusiyanın bir çox regionlarında böyük tədbirlərədək Heydər Əliyevin verdiyi nəhəng töhfəni xatırlayırlar”. Səfir xatırladıb ki, TASS informasiya agentliyində, Dövlət Dumasında və Federasiya Şurasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgilər açılıb və bu sərgilər yüksək səviyyəli qonaqların iştirakı ilə keçib.

Mərasimdə Ulu Öndər haqqında xatirələrini bölüşən səfir bildirib: “Heydər Əliyevi sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən tanıyırdım. Mən bəstəkar, müğənni idim, onun gənclərə, yaradıcı insanlara qayğısını həmişə hiss edirdim. Onun köməyi, diqqəti sayəsində biz Sovet İttifaqında tanınmış insanlara çevrildik. Heydər Əliyev 1993-cü ildə ölkəsini qaçılmaz süqutdan xilas etmək üçün hakimiyyətə qayıtdıqda mən mədəniyyət naziri vəzifəsində çalışırdım və Ulu Öndər məni öz komandasında saxladı. Mən Heydər Əliyevin rəhbərliyi dövründə on il mədəniyyət naziri oldum. Bu, həm insan, həm həyat, həm düzgün işləmək, məqsədyönlülük məktəbi idi. Bu, dünyanın heç bir yerində verilməyən diplomdur”.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Ümummilli Lider Heydər Əliyev ilə 2001-ci ildəki görüşü barədə xatirələrini bölüşüb: “Heydər Əliyev uşaqlıqda rəssam olmağı arzulayırdı. O, Bakıya Naxçıvandan gəlmişdi. Məlum oldu ki, Bakıda ali rəssamlıq məktəbi yoxdur, yalnız Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsi var. O, özünün rəssam olmaq arzusunu bütün həyatı boyu daşıdı. Çünki o, sözün əsl mənasında rəssam və memar oldu. O, öz ölkəsinin rəssamı, ölkəsinin yeni siyasətinin rəssamı oldu, bu gün Prezident İlham Əliyevin əminliklə irəli apardığı həmin müasir Azərbaycanın memarı oldu”.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova çıxışında qeyd edib ki, sərgi öz adını təkcə Azərbaycanın deyil, həm də bütün postsovet məkanının tarixinə qızıl hərflərlə yazan Heydər Əliyevə həsr olunub. Görkəmli dövlət xadimi Heydər Əliyevin adını Azərbaycanın hüdudlarından kənarda da tanıyırlar: “İncəsənət və mədəniyyət xadimlərinə böyük qayğı ilə yanaşan Heydər Əliyevə həsr olunan sərgini təşkil etmək bizim üçün böyük şərəfdir. Burada fotosərgi və Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilən orijinal əsərlər təqdim olunur. Ekspozisiyada Heydər Əliyevin sevimli əsərləri də sərgilənir. Sərgi bir ay davam edəcək və bu müddət ərzində moskvalıların böyük hissəsi Azərbaycan rəssamlarının möhtəşəm əsərləri ilə tanış ola bilərlər”.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxışında vurğulayıb ki, ekspozisiyada Azərbaycan təsviri sənət korifeylərinin - Bəhruz Kəngərli, Ələkbər Rzaquliyev, Tahir Salahovun əsərləri nümayiş etdirilir. Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən çəkilən Zərifə xanımın portreti xüsusi maraqla qarşılanır.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Heydər Əliyevin həyatının bir sıra maraqlı məqamlarından söz açaraq deyib: “Bizə qardaş, ürəyimizə yaxın olan xalq üçün böyük xoşbəxtlikdir ki, onun oğlu taleyüklü məqamlarda ölkəyə rəhbərlik edib. Moskvada müxtəlif vəzifələrdə çalışarkən o, xüsusilə operativ məsələlər üzrə komissiyaya rəhbərlik edirdi. Operativ məsələlər üzrə komissiya texnogen qəzalarla bağlı problemlərin həlli, boru kəmərlərinin tikintisinə nəzarət edirdi. Buna görə də hazırda Rusiya büdcəsinin əldə etdiyi gəlirlər bir çox hallarda Heydər Əlirza oğlu Əliyevin rəhbərlik etdiyi operativ məsələlər üzrə komissiyanın fəaliyyətinin bəhrəsidir”.

Politoloq vurğulayıb ki, Heydər Əliyev suveren Azərbaycanın rəhbərliyinə qayıtmaqla ölkəni xilas etdi. “Heydər Əliyevin siyasi və dövlət irsinin dərindən araşdırılmasına ehtiyac var. Heç də bütün postsovet respublikaları rəhbər baxımından Azərbaycan qədər şanslı deyil. Bu nəhəng pozitiv təcrübə də ətraflı tədqiqə layiqdir”, - deyə S.Markov əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunda “Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət” adlı sərgi açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib