SİYASƏT
AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının Rəyasət Heyətinin üzvü seçilib VİDEO
Şanxay, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı (BREİP) platformasının Rəyasət Heyətinin üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar qurumun Çinin Şanxay şəhərində keçirilən iclasında qəbul olunub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tədbirdə iştirak edib.
İclasda Sinxua agentliyinin prezidenti Fu Hua platformanın bu illər ərzində dünyanın hər yerindən iqtisadi xəbərlərin toplandığı və yayımlandığı dəyərli informasiya mənbəyinə çevrildiyini qeyd edib. O, iqtisadi məlumatların sahibkarların biznesinin inkişafına, eyni zamanda, ölkələr arasında əlaqələrin bu istiqamətdə genişlənməsinə töhfə verdiyini bildirib.
Rəyasət Heyətinin üzləri Fu Hua, Vüqar Əliyev və Xose Xuan Sançez qurumun yeni üzvlərinə sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, platforma Çinin Sinxua xəbər agentliyinin təşəbbüsü ilə 2019-cu ildə yaradılıb və dünyanın bir çox ölkələrindən KİV-i, beyin mərkəzlərini öz ətrafında birləşdirir. AZƏRTAC platformanın təsisçilərindən biridir.