Azərbaycan Dövlət İnformasiya Agentliyi

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

Fotoqrafiyanın xüsusi istiqamətlərindən biri olan ekstremal və dağ fotoqrafiyası yalnız təbiət mənzərələrini lentə almaq deyil, həm də sərt hava şəraitində insanın təbiətlə mübarizəsini, riskləri və dağların özünəməxsusluğunu əks etdirməkdir. Bu sahə fotoqrafdan yüksək peşəkarlıqla yanaşı, fiziki hazırlıq, dözümlülük və təhlükəni düzgün qiymətləndirmək bacarığı tələb edir. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən fotoqraflardan biri də Zamin Cəfərovdur.

Azərbaycanın müxtəlif dağlıq ərazilərində mürəkkəb hava şəraitində çəkilişlər aparan, fotoyürüşlər təşkil edən və təbiətin insanla münasibətini fotoobyektiv vasitəsilə göstərməyə çalışan fotoqraf AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

– Zamin müəllim, fotoqrafiyaya marağınız necə yarandı və sizi ekstremal və dağ fotoqrafiyasına gətirən nə oldu?

– Foto sənəti ilə 2009-cu ildən məşğul oluram. Dağlara isə əvvəlcədən marağım var idi. Sadəcə, dağ yürüşləri ilə fotoqrafiyanın birləşməsi bu sahəyə gəlişimdən bir-iki il sonra baş verdi. Buna səbəb dostum, fotoqraf Zaur Mirzəyev oldu. O, bir gün mənə “Dağlarla aran necədir, bəlkə yürüşlərə başlayaq?”, - deyə sual verdi. Mən də bu fikri bəyəndim. Üç dost – Vüsal Mustafayev, Zaur Mirzəyev və mən dağçılıq kurslarına yazıldıq və mütəmadi olaraq yürüşlərə başladıq. İlk yürüşümüz Qızılqaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən Heydər zirvəsinə oldu. Əsas məqsədimiz Azərbaycanda ekstremal fotoqrafiyanı inkişaf etdirmək, mümkün qədər yüksək zirvələrə yürüşlər edərək, oradan sənədli fotoşəkillərlə qayıtmaq və hər kəsin gedə bilmədiyi yerləri daha geniş auditoriyaya göstərmək idi.

– Dağ fotoqrafiyasını bu sahənin digər janrlarından fərqləndirən əsas cəhətlər hansılardır?

– Ekstremal və dağ fotoqrafiyası digər janrlardan kifayət qədər fərqlənir. Burada, ilk növbədə, təhlükəsizlik məsələsi dayanır. Elə yürüşlər olur ki, oradan heç də həmişə istədiyin fotolarla qayıtmırsan. Buna əvvəlcədən hazır olmalısan və gözləntini çox yüksək tutmamalısan.

Dağda hava hər an dəyişə bilər. Hətta belə bir hadisə yaşamışam. Bir fotoda dağ yoldaşımızı çəkirdim. Kameranın ekranına baxıb başımı qaldırdım və gördüm ki, arxadakı mənzərə tamamilə itib, hər tərəfi duman bürüyüb. Bu, bir neçə saniyə ərzində baş verdi. Belə dəyişkən şəraitdə təhlükəsizlik məsələsi xüsusilə önəmlidir.

Bundan başqa, insan daim öz üzərində işləməlidir. Fiziki cəhətdən güclü olmalı, idmanla məşğul olmalı, ayaq əzələlərini möhkəmləndirməlidir. Dağçılığın öz qaydaları var. Relyefi düzgün qiymətləndirməyi, təhlükəni öncədən görməyi bacarmalısan. Küləkdə, çovğunda, qarda foto çəkmək heç də asan deyil. İlk yürüşlərimdə bəzən öz-özümə “Mənim burada nə işim var?”, - deyirdim. Çünki fiziki cəhətdən hələ hazır deyildim və yeni başlamışdım. Foto çəkmək onsuz da çətindir. Dağda bəzən yeməyə belə iştahan olmur. Lakin əsas məsələ enerjidir, qidalanma və su çox vacibdir. Amma illər ərzində mütəmadi olaraq öz üzərimdə işlədikcə hər şey tədricən qaydasına düşdü. İnsan həm fiziki, həm də psixoloji baxımdan həmin şəraitə uyğunlaşır.

– Çətin hava şəraitinin çəkilişlərə təsiri necə olur?

– Çox böyük təsiri var. Hava şəraiti kəskin dəyişəndə foto çəkmək bəzən, ümumiyyətlə, mümkün olmur. Güclü yağış və külək həm çəkilişə mane olur, həm də fotoaparat üçün təhlükə yaradır. Ona görə də dağ fotoqrafı hava şəraitini daim nəzərə almalıdır. Yaddaşımda xüsusi qalan çətin çəkilişlərdən bir neçəsini qeyd etmək istərdim. Məsələn, 2013-cü ildə Şahdağ zirvəsinə yürüşümüz olmuşdu. Zirvəyə yaxın ərazilərdə hava dəyişdi, çovğun və tufan başladı. Orada çəkilən bir foto hələ də yadımdadır. Küləkli havada qar yağırdı, biz isə irəliləyirdik. Həmin yürüşdə çətinlik yaşamışdım.

Bundan başqa, mütəmadi olaraq fotoyürüşlər də təşkil edirəm. Ötən il korporativ yürüşlərdən birini Xınalıq kəndi yaxınlığında yerləşən, 2783 metr yüksəkliyə malik olan və şəhidlərimizin xatirəsinə "Xarıbülbül" adlandırılan zirvəyə keçirdik. Yürüşü məhz 27 Sentyabr – Anım Günü üçün planlaşdırmışdıq. Hava şəraitinin yağışlı olacağını bilirdik və iştirakçıları əvvəlcədən buna uyğun təlimatlandırmışdıq. Planımız belə idi ki, 20 nəfərdən ibarət qrupun hər bir üzvü A3 formatında bir plakat tutsun və üzərində şəhidlərin xatirəsinə həsr olunmuş sözlər yazılsın. 2783 metr yüksəklikdə həmin fotonu çəkəndə hər kəsin əlləri donmuşdu. Külək əsir, zirvədə qar yağırdı. Sentyabr olmasına baxmayaraq, hava kifayət qədər sərt idi. Amma həmin foto mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki o an artıq qərar verməli idik ki, zirvədə çox qalmayaq. Düşünürəm ki, yaxşı ki, həmin an o fotonu çəkə bildik.

– Azərbaycanın dağ fotoqrafiyası üçün imkanlarını necə qiymətləndirirsiniz?

– Azərbaycan dağ fotoqrafiyası baxımından çox geniş imkanlara malik ölkədir. İqlim qurşaqlarımız kifayət qədər müxtəlifdir. Cənub zonasında subtropik iqlim olduğu halda, başqa ərazilərdə tamamilə fərqli relyef və təbiət mənzərələri ilə qarşılaşırıq. Xüsusilə Böyük Qafqazı və Kiçik Qafqazı qeyd edərdim. Burada həm mürəkkəb relyef, həm də möhtəşəm təbiət mənzərələri var. Şahdağ, Qızılqaya massivləri, eləcə də Kiçik Qafqazın Kəlbəcər və Laçın əraziləri olduqca böyük fotoqrafiya potensialına malikdir. Ümid edirəm ki, yaxın illərdə fotoqraflarımız həmin ərazilərə daha çox səfərlər edəcək və qeyd olunan yerlərin gözəlliklərini geniş auditoriyaya təqdim edəcəklər.

– Sizcə, ekstremal və dağ fotoqrafiyasının əsas məqsədi yalnız gözəl mənzərəni göstərməkdir, yoxsa həmin mənzərənin arxasındakı hekayəni də çatdırmaq lazımdır?

– Fikrimcə, əsas məqsəd yalnız gözəl mənzərəni göstərmək deyil. Çünki, sadəcə, gözəl mənzərəni hər kəs görüb çəkə bilər. Əsas məsələ onun arxasında duran çətinlikləri də göstərməkdir.

Dağın möhkəmliyini, möhtəşəmliyini, insanın onun qarşısında nə qədər kiçik və aciz olduğunu foto ilə ifadə etmək mümkündür. Təbiətlə insan arasındakı əlaqəni göstərmək lazımdır. Bunun üçün isə təbiəti sevmək, onu hiss etmək vacibdir. Fotoqraf hansısa fikri tamaşaçıya çatdırmaq istəyirsə, özü həmin hissi yaşamalıdır.

Müxbir - Göyçək Mahmudlu
Videooperatorlar - Şövqi Əzizov, İlham Nadirov
“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Fransada silahlı insident: Ölən və yaralanan var

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri dəyərləndirilib

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırıb

Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq

Qazaxıstanda Beynəlxalq Sığorta Forumunda ölkəmizdə sığorta sektorunda aparılan islahatlar barədə məlumat verilib

“Biletim.az” portalında daha bir funksiya aktivləşdirilib

Media nümayəndələri “B-READY” hesabatının metodologiyası barədə məlumatlandırılıblar

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycanın turizm imkanları Pakistanda təqdim edilib

Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub

Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub

Ramananın tarixi abidələri vahid turizm marşrutuna daxil ediləcək

Paytaxtda iki məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

Beyləqanda 4 mindən çox şəxs tibbi müayinədən keçirilib

İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb

Professor: Türk xalqları arasında bu gün də alban adlı tayfalar var

Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir VİDEO

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir VİDEO

“Sumqayıt”ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir - RƏY

Həsən Həsənov: Qafqaz Albaniyası və Atropatena ilə bağlı bəzi yanaşmaların araşdırılmasına ehtiyac var

Gənclər və İdman Nazirliyi DİN-lə birgə maarifləndirmə kampaniyasına başlayıb

BMU-BUCEA ikili diplom proqramının magistrantı Çində üç müsabiqədə birinci olub

® Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

“Naxçıvan” amerikalı basketbolçu ilə heyətini gücləndirib

Almaniyada avtomobil sənayesi işçiləri ixtisarlarla bağlı kütləvi tətil keçirəcəklər

Hörmüz boğazında gəmi vurulub

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib VİDEO

Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

“Zirə”nin 3 legioner futbolçusu milli komandalara dəvət alıb

® “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans olub

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Aselişad / Xorvirab məbədi

“18 əsərin sehri”: Azərbaycan musiqisinin inciləri bir səhnədə

İpoteka və Kredit Zəmanət Fondu indiyədək 60 mindən çox borcalana kredit verib

Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb

Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş “Əsas Qrant Müsabiqəsi – 2026”nın nəticələri açıqlanıb

Tbilisidəki konfransda regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar müzakirə olunub

Əziz Ələkbərli: Qərbi Azərbaycanın ərazisi qədim Türk–Oğuz-Qıpçaq yurdudur

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

Azərbaycan nümayəndə heyəti AEBA-nın Baş Konfransının növbəti sessiyasında iştirak edib

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb

Əfran İsmayılov: Portuqaliyalı qapıçı ilə danışıqlar aparırıq, razılıq əldə olunmaq üzrədir

Seyid Yəhya Bakuvi məktəbinin təsir dairəsi Balkanlardan Misirə və ərəb ölkələrinə qədər genişlənib

Azərbaycanın TDT-də artan rolu – Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir - TƏHLİL

® “Bir” Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Azərbaycan sülhə, sabitliyə və Qafqazın davamlı inkişafına sadiqliyini nümayiş etdirir

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Avropa Parlamentinin deputatı Fransanın daxili işlər nazirini məhkəməyə verib