Haaqada yaradılan seçki məntəqəsində yüksək seçici fəallığı müşahidə olunur VİDEO
Haaqa, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Niderlanddakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 52 saylı seçki məntəqəsində yüksək seçici fəallığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir. Bu ölkədə yaşayan Azərbaycan vətəndaşları seçki hüquqlarının təmin olunması, eləcə də səsvermə üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər.