Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin yer üzündən silməyə çalışdığı Qaradağlıdan AZƏRTAC-ın reportajı – SAKİNLƏR DANIŞIR VİDEO

Qaradağlı faciəsindən 32 il ötür

Xocavənd, 17 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Otuz ildən çox erməni işğalı altında qalan torpaqlarımız indi azaddır. Ötən illər ərzində beynəlxalq birlik bu ədalətsizliyə göz yummağa çalışsa da, ikili standartlar tətbiq olunsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində haqq-ədaləti bərpa etdi. Azadlığına qovuşan yurd yerlərimizdən biri də Qaradağlıdır. O Qaradağlı ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparmışdı…

AZƏRTAC-ın bölgə müxbiri Xocavəndin Qaradağlı kəndində olub, burada törədilən erməni vandalizmini elə sakinlərin dilindən dinləyib. Onun qeydlərini təqdim edirik.

Səhər çağıdır, dan yeri sökülməyib, amma biz yol yoldaşlarımız olan Qaradağlı sakinləri Eyvaz Tağıyev, Şahruz Əliyev və Xudayat Tağıyevlə birlikdə Xocavəndə sarı yola çıxırıq. Onlar uzun illər sonra ilk dəfədir dədə-baba yurdlarına ayaq basacaqlar. Avtomobil irəlilədikcə daha səbirsiz olduqları üzlərindən sezilir.

Füzuli rayonunun Alxanlı adlanan ərazisində posta yaxınlaşırıq, Daxili İşlər Nazirliyinin əməkdaşları sənədlərimizi yoxlayır və təhlükəsizlik qaydaları, eləcə də minalanmış ərazilər barədə bizi ətraflı məlumatlandırırlar. Sonra 44 günlük Zəfər yürüşündə azad edilən ərazilərlə irəliləyirik. Xocavənd ərazisinə çatdıqda yenidən qaydalara uyğun olaraq polis postunu keçir və ANAMA-nın əməkdaşının müşayiəti ilə Xocavəndə doğru yol alırıq. Azərbaycan Ordusunun lokal antiterror tədbirləri zamanı azad etdiyi Xocavəndin mərkəzi hissəsinə çatırıq. Hər tərəfə sükut çökub, sadəcə ərazidə çalışan işçilərlə rastlaşırıq. Qaradağlı kəndinə tərəf gedirik. Bir qədər məsafə qət etdikdən sonra Eyvaz Tağıyev sürücüyə avtomobili saxlamağı xahiş edir.

Xandəmir kişi qızının cehizini apararkən yolda öldürüldü

Məlum olur ki, Qaradağlı faciəsinin ilk şəhidi elə burada qətlə yetirilib. Eyvaz Tağıyev deyir ki, həmkəndlisi öz qızına cehiz apararkən ermənilər tərəfindən öldürülüb: “1988-ci ildən başlayaraq ermənilər azərbaycanlı əhalini təhdid edirdilər. 1990-cı il idi, həmkəndlimiz Xandəmir qızını Ağdama gəlin köçürməyə hazırlaşırdı. Qızının cehizini Füzuli rayonundan gələn maşına yükləyərək Ağdama üz tutdular. Dayandığımız bu yerdə ermənilər maşını saxlayaraq Xandəmir kişini və digər iki Füzulu sakinini qətlə yetirdilər. Kəndimizin ilk şəhidi də Xandəmir kişi oldu”.

Yenidən avtomobilə əyləşib, yolumuza davam edirik. Artıq Qaradağlı kəndinə çatmışıq, xarabalığa çevrilən evlər ürək ağrıdır... Hətta məzarlıqda erməni vandalizminin izləri açıq-aşkar görünür. Qaradağlıdan geriyə qalan yalnız dağlar, dərələr, bir də kəndin mərkəzindən axan çaydır.

Təhqir edilən baş daşları, qazılıb çıxarılan məzarlar...

Kəndin girişində, məzarlıqda dayanırıq. Kənd sakinləri ANAMA-nın əməkdaşının müşayiəti ilə yaxınlarının məzarlarını tapmağa çalışırlar. Amma nəticəsiz qalır, çünki baş daşları sındırılıb, hətta bir çox qəbir qazılaraq dağıdılıb.

Gözləri yaşla dolan Eyvaz Tağıyev bir anlıq sükuta dalır və deyir: “Bura bizim ata-babalarımızın dəfn olunduğu yerdir. Amma əsər-əlamət qalmayıb. Ermənilər bütün məzarları dağıdıblar. Mərmərdən baş daşları var idi, onları da aparıblar, qalan qəbirləri qazıb çıxarıblar. Çox az başdaşı qalıb, sanki buradan barbarlar keçib. Hətta bu məzarlıqda Qaradağlı işğal olunmamışdan öncə ermənilərin qətlə yetirdiyi şəhidlərimiz dəfn olunmuşdu. Xandəmir kişidən sonra, kəndimizin kolxoz sədrini də Xocavəndən gələrkən maşında güllələmişdilər. Kəndin sakinlərini yasdan gətirən avtobus da gülləbaran edilmişdi. O vaxt 8 nəfər öldürüldü, 23 nəfər yaralandı. Sonra Vərəndəli kəndində özünümüdafiə dəstəsindən olan iki həmkəndlimiz qətlə yetirildi. Daha sonra Vərəndəli kəndi ərazisində fermada işləyən altı həmyerlimiz gecə vaxtı yatarkən yanlarına əl qumbarası atıldı və yandırılaraq öldürüldülər. Onlar da burada dəfn olunmuşdular...”.

Məzarlıqdan sonra kənd mərkəzinə doğru hərəkət edirik, amma dörd tərəf də viran qoyulub. Sadəcə bir-iki tikili nəzərə çarpır ki, onları da ermənilər işğal zamanı tikərək təsərrüfat binası kimi istifadə ediblər. Səfər yoldaşlarımızdan olan Şahruz Əliyev bir anlıq dayanır və öz yaşadığı evin səmtini tapdığını söyləyir. Daha sonra irəliləyərək bir gözündə sevinc, bir gözündə kədər göz yaşı ilə “bura bizim evdir” deyir. O, başına gələnləri danışır: “1967-ci ildə bu kənddə dünyaya göz açmışam, uşaqlıq illərim, gəncliyim burada keçib. Digər evlər kimi bizim evi də dağıdıblar. Kəndimizi ov tüfəngləri ilə müdafiə edirdik. Dörd il qoruyub saxlaya bildik, 1992-ci ildə sursatımız tükəndi. Ermənilər sakinləri Ağdama təxliyə edəcəkləri barədə vəd versələr də, qadın, qoca, uşaq demədən hər kəsi əsir götürərək Xankəndiyə apardılar. Mən özüm də əsirlikdə idim, olmazın işgəncələr verirdilər. Bir çox insanı yolda öldürüb, silos quyusunda basdırdılar. Əsirlikdə də işgəncələrdən ölənlər oldu. İndi görürəm ki, kəndimizə də o cür divan tutublar. Burada bizim ev var idi, amma onu tamamilə dağıdıblar, həyətimizin aşağı hissəsində özləri üçün ev tikiblər. Hətta ağaclarımızı kəsib yoxa çıxarıblar. Şükürlər olsun bu günə ki, Müzəffər Ali Baş Komandanımızın və güclü Ordumuzun sayəsində digər yerlər kimi, Qaradağlı da azaddır və biz doğma torpağımıza qovuşmuşuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.

“Bizə necə işgəncə veriblərsə, kəndimiz də eyni taleyi yaşayıb...”

Kənddə növbəti dayanacağımız Eyvaz Tağıyevin böyüyüb boya-başa çatdığı yer olur. Ona görə yer deyirəm ki, burada da evdən, həyətdən, yurddan əsər-əlamət yoxdur. Sadəcə, geriyə qalan evin dağıdılan divarlarıdır.

Xudayat Tağıyev də öz evini tapmağa çalışır... Amma evinin səmtini tapmaqda çətinlik çəkir. Nəhayət, çay dərəsi yaxınlığında olan evinin yerini tapır. Bir zamanlar həyətində samovar dəmləyər, evin önündə iri daşın üzərində oturardı. O anları yada salan Xudayat Tağıyevin gözləri dolur...

“Evimizin eyvanına çıxanda işıq saçan, bacalarından ocaq tüstüsü çıxan kəndimiz görünərdi. Çünki bizim ev kəndin hündür hissəsində yerləşirdi. İndi isə hansı tərəfə boylanıram, xarabalıq görürəm. Bu, sadəcə dəhşətdir. Əsirlikdə qaldığım vaxt çox işgəncələr gördüm, həmyerlilərimizi gözümüzün önündə qətlə yetirdilər. Bizə necə işgəncə veriblərsə, kəndimiz də eyni taleyi yaşayıb... Şükürlər olsun bu günə ki, doğma yurdumuz indi azaddır. İllərdir həsrətində olduğumuz yurd yerlərimizə qovuşmuşuq. İnanırıq ki, tez bir zamanda bu yerlər də abadlaşacaq, Qaradağlı kəndi yenidən qurulacaq”, - deyə Qaradağlı sakini bildirir.

Beləliklə, kənd sakinləri illər sonra doğma yurdlarına qədəm qoyaraq, çətinliklə də olsa öz evlərini axtarıb tapdılar və ötən xatirələri yada saldılar. Həm sevindilər, həm kövrəldilər, həm də faciəli günlərin ağrı-acısını bir-biri ilə bölüşdülər...

Artıq axşam düşürdü. Günəşin batmasına az qalmışdı. Geri qayıtmaq üçün yola çıxmaq lazım idi və belə də edirik. Yolboyu bir daha xatirələr yada salınır, təəssüratlar paylaşılır və ümumi bir arzu dilə gətirilir: Yenidən qurulmuş, firavan həyatın başlayacağı Qaradağlıya tezliklə qayıtmaq ümidi ilə...

Qeyd edək ki, Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfər böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli idi. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800-ə yaxın sakini məcburi köçkün düşüb.

Ermənilərin yer üzündən silməyə çalışdığı Qaradağlıdan AZƏRTAC-ın reportajı – SAKİNLƏR DANIŞIR VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır