Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb VİDEO
Quba, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Güclü külək Quba və Xaçmazda fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin 20 Yanvar küçəsində külək irigövdəli ağacı “Chevrolet” markalı avtomobilin üzərinə aşırıb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qubada və Xaçmazda külək elektrik təsərrüfatına da ziyan vurub. Xətlərin qırılması səbəbindən bir sıra yaşayış məntəqələrində enerjinin verilişi müvəqqəti dayandırılıb.
Aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün fəaliyyətə başlayıblar.
Şimal bölgəsində səhər saatlarından başlayan güclü külək davam edir.