Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 mart soyqırımı – tarixin qanlı yazılmış yaddaşı

Bakı, 31 mart (AZƏRTAC). Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Getdikcə gücləndirilən və xalqımızı ağır məhrumiyyətlərə məruz qoyan bu məkrli və qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından - sonradan Ermənistan dövləti adlandırılacaq ərazidən didərgin salınmış, kütləvi qırğınlara məruz qalmışlar.

Artıq XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi başlanılmış və bunun fonunda məqsədyönlü şəkildə azərbaycanlıların deportasiyası gücləndirilmişdir. Beləliklə də, azərbaycanlılar mərhələli şəkildə öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmağa başlamışlar.

Ermənilər yalnız hazırda Ermənistan ərazisi adlanan qərbi Azərbaycan torpaqlarında deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar törətmişlər. Onlar bu ərazilərdə on minlərlə dinc azərbaycanlını - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar.

Beləliklə, XIX əsrdə azərbaycanlılara qarşı geniş vüsət almış bu təcavüzkar siyasət XX əsrin əvvəllərində özünün ən yüksək mərhələsinə çatmışdır. Nəhayət, 1918-ci il mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Onlardan 11 mini türk-müsəlman olmuşdur. Qətlə yetirilənlərin çoxunun meyiti tapılmamışdır. Şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, süngü ilə dəlik-deşik edir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe həmin günlərdə Bakıda azərbaycanlıların diri-diri itlərə yem edilməsini təsdiqləyən fotoşəkillər də çəkmişdir.

1918-ci il mart ayının son üç günündə Bakıda törədilən qırğını əks etdirən, erməni daşnak cəlladlarının vəhşiliklərini təsdiqləyən belə faktlar yetərincədir.

Mart qırğını haqqında mənbələrdən, eləcə də fotoşəkillərdən aydın görünür ki, ermənilər Bakının nəinki bir çox qədim binalarını, həmçinin Cümə məscidini də top atəşinə tutaraq dağıtmışlar. 1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir. Elə buna görə də 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla da 1998-ci ildən bəri ölkədə hər il martın 31-i - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Əslində həmin hadisələrin azərbaycanlılara qarşı törədilən bir soyqırımı olduğunu beynəlxalq aləm də sübut etmişdir. Bu hadisələrə dünya səviyyəsində hüquqi və siyasi qiymətin verilməsinə nail olmaq üçün faktlar yetərincədir. Amma hələ ki, ikili standartlar ilə yaşamaq stereotipindən qurtula bilməyən və əslində bu cür davranışla belə faciələrə rəvac verən müasir dünya 31 mart hadisələrini azərbaycanlıların soyqırımı faktı kimi tanımaq istəmir.

Təkcə XX əsrdə artıq üç dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya törətmiş ermənilər cəzasız qaldıqları üçün 1988-1989-cu illərdə də əməllərindən çəkinmədilər. Nəticə isə bugünkü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əgər beynəlxalq aləm ermənilərin bu cür əməllərinə vaxtında hüquqi və siyasi qiymət versəydi, bu gün ATƏT və BMT kimi mötəbər təşkilatlar, eləcə də dünyanın bir sıra güc mərkəzləri bu münaqişənin nizamlanması prosesi fonunda bu qədər bacarıqsız görünməzdilər.

Hazırda Azərbaycanın uğurlu daxili və xarici siyasəti beynəlxalq aləmi istər-istəməz hadisələrə başqa cür yanaşmaq məcburiyyətində qoyur. İndi dünya ermənilərin və onların havadarlarının Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri tam ədalətlə təsdiq etməsə də, onları birmənalı şəkildə inkar da edə bilmir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev Vətənimiz və xalqımız haqqında həqiqətlərin dünya birliyinə çatdırılması üçün məqsədyönlü iş aparır. Bunun nəticəsində əgər bir neçə il əvvəl dünya birliyi Azərbaycanı müstəqil siyasət yeridən bir dövlət kimi tanıdığını etiraf edirdisə, indi respublikamızın regionda söz sahibi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğunu deyir. Əgər dünən Azərbaycan regionda nəhəng transmilli layihələrin gerçəkləşməsində əsas söz sahibi kimi tanınırdısa, bu gün dövlətimizə həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hörmət və ehtiram göstərilir. Bütün bunlar məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur.

Azərbaycan bu proseslərin fonunda öz milli maraqlarını qorumaqla kifayətlənmir. Ölkəmiz ədalətsizliyə qarşı daha inamla çıxış edir və beynəlxalq arenada nüfuzunu artırır, mövqelərini möhkəmləndirir.

İndi dövlətimizin başçısının apardığı uğurlu siyasətin üfüqündə Azərbaycan həqiqətlərinin dünya tərəfindən etirafı məqamı da aydın şəkildə görünməkdədir. Bunu Ermənistan və dünya erməniləri, onların havadarları da yaxşı anlayırlar. Ona görə də bəzən beynəlxalq güc mərkəzləri Türkiyə ilə Ermənistanı barışdırmaq kimi cəhdlərlə məhz Prezident İlham Əliyevin qarşıya qoyduğu perspektivi əngəlləməyə çalışırlar. Ancaq bu artıq mümkün deyildir. Bu gün dünyanın bir sıra dövlətləri artıq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf etməyə, soyqırımı aktlarını araşdırmağa başlamışlar.

1918-ci ilin martında ermənilərin Bakıda və bölgələrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı əlbəttə ki, tariximizin hüznlü məqamlarından biridir. Amma indi Azərbaycan dövləti yalnız bu soyqırımı qurbanlarının xatirəsini yad etməklə, onu törədənləri lənətləməklə kifayətlənmir, prosesi məntiqi sonluğa çatdırmaq üçün bütün imkanlardan istifadə edir.

Tarixdə bəzi xalqlara, etnik qruplara qarşı müəyyən soyqırımı aktlarının həyata keçirilməsi hallarının olması bir həqiqətdir. O da həqiqətdir ki, belə halların bir daha təkrarlanmaması üçün beynəlxalq aləmin reaksiyası yetərli deyildir. Ancaq gec-tez bu, baş verəcəkdir. Çünki yer üzündə sabitliyin, əmin-amanlığın təmin olunması yolu məhz bu cür hüquqi və siyasi etiraflardan keçir.

 

Albina Atlıxanova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO