31 saylı Suraxanı 2-ci seçki dairəsində səsvermənin gedişini 850 müşahidəçi izləyir
Bakı, 9 fevral, AZƏRTAC
31 saylı Suraxanı 2-ci seçki dairəsinin məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq davam edir.
Dairə seçki komissiyasının sədri İlham Bayramov AZƏRTAC-a verdiyi məlumata görə, dairə üzrə 32 seçki məntəqəsində 39 min 373 seçici qeydiyyatdan keçib. Seçki dairəsindəki məntəqələrin 10-unda veb-kameralar quraşdırılıb.
Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Məntəqələrin hamısı zəruri avadanlıqla təmin edilib. Bu seçki dairəsində 850 müşahidəçi qeydiyyatdan keçib.
Seçki prosesinin başlanmasından keçən müddət ərzində heç bir qanun pozuntusu və ya şikayət qeydə alınmayıb.