Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ruben Vardanyanla bağlı Qərbin PR maşını yenidən işə düşüb VİDEO

Vaşinqton, 7 oktyabr, AZƏRTAC

Erməniəsilli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsindən bir il ötməsi ilə əlaqədar ABŞ-da və Qərbdə ona işləyən PR maşınları yenidən işə düşüb.

AZƏRTAC xəbər verir ki, artıq uzun müddətdir Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-ın “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat yayıb.

Azərbaycanın ötən ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirlərinin ardından torpaqlarımızda separatçılıqla məşğul olan erməniəsilli oliqarx Ruben Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladıldı. Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Kampaniyanın müəllifi illərdir Ermənistan üçün müxtəlif səpkili kampaniyalar həyata keçirən və Ruben Vardanyanla sıx əlaqələri olan ABŞ-ın “Edelman” PR şirkətidir.

Ruben Vardanyan 2022-ci ilə kimi Rusiya vətəndaşı, erməni lobbizminə pul ayıran milyarder kimi tanınıb. O, 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb və burada qondarma rejimin “dövlət naziri” kimi fəaliyyət göstərməyə başlayıb. Daha sonra 2023-cü ilin sentyabrında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Ruben Vardanyan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri üzrə ittiham olunur.

Ruben Vardanyan Rusiyanın hərbi hava nəqliyyatında önəmli rola malik “Volqa Dnepr” hava nəqliyyatı ilə daşınma şirkətinin idarə heyətinin üzvü olduğu üçün Ukraynanın sanksiya siyahısına daxil edilib və Ukrayna Məxfi Xidmət Orqanı tərəfindən axtarışdadır. Lakin biznes planlarını münaqişə tərəflərindən birinin maraqları üzərində quran bəzi böyük şirkətlər kimi “Edelman”ı da sadalanan faktlar maraqlandırmır. Bu şirkətin Ruben Vardanyanla əməkdaşlığı 2015-ci ilə gedib çıxır. Həmin il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində aktiv PR kampaniyalarının aparıldığı bir vaxtda şirkət Vaşinqtonda bu mövzuda konfrans təşkil edir. O zaman tədbirin təşkilatçısı, statusu hələ ki, yalnız moskvalı milyarder olan Ruben Vardanyan idi. Tədbirin təşkili üçün 250 min dollar vəsaitin xərcləndiyi bildirilir. Növbəti il “Edelman”ın Böyük Britaniya və İrlandiya üzrə baş direktoru Ed Uilyams “Avrora” mükafatının yaradılmasında şəxsən iştirakına dair qürurla açıqlama verir. Mükafatın həmtəsisçilərindən birinin yenə Ruben Vardanyan olması təsadüfi deyil. 2019-cu ildə isə “Edelman” Vardanyan və həyat yoldaşı Veronika Zonabend tərəfindən yaradılmış “Ermənistanın inkişafı təşəbbüsü” fondu ilə əməkdaşlığı genişləndirir.

“Edelman”ın adı bır sıra qalmaqallarda da xatırlanır. Bu baxımdan 1970-1980-ci illərdə tütün şirkəti ilə çalışaraq siqaret çəkməni məhdudlaşdırma siyasətinə qarşı çıxmasını, 90-cı illərdə “Microsoft”un maraqları üçün çıxış etməsini yada salmaq olar. Həmçinin ABŞ-da özəl həbsxanaların reputasiyasını bərpa etmək üçün gördüyü fəaliyyətləri, Cəmal Qaşıqçı İstanbulda qətlə yetirilən zaman şirkətin Səudiyyə Ərəbistanını təmizə çıxarmaq üçün bu ölkə ilə PR kampaniyasına dair müqavilə imzalamasını və başqa faktları sadalamaq olar. Bu xidmətləri qarşılığında şirkətin ildə 10 milyon dollara yaxın pul qazandığı bildirilir. Bu rəqəm həm də erməni diasporunun Azərbaycana qarşı kampaniya aparmaq üçün nə qədər pul xərcləməyi gözə aldığının sübutudur. Görünən odur ki, “Edelman” şirkəti Ermənistanın dünyaya tanıdılması və Ruben Vardanyanın maraqlarını müdafiə etməsi üçün var gücü ilə çalışıb, erməni lobbizmi isə bu istiqamətdə heç bir xərcdən çəkinməyib.

Adı “Erməni məhbusları azad et” olan kampaniyanın saytına nəzər saldıqda, əslində, mövzunun yalnız Ruben Vardanyanla bağlı olduğunu görmək mümkündür. Lakin bir ilə yaxın aparılan PR kampaniyasına imza atanların sayının 7815 nəfər olması ya kampaniyanın zəif aparıldığını, ya da böyük ehtimalla bütün rəqəmlərin əslində simvolik olaraq yaradıldığını və heç bir halda həqiqəti əks etdirmədiyini göstərir.

Kampaniya ilə əlaqədar saytda əlaqə bölməsində “Edelman” ilə yanaşı, Fransanın “Havas” şirkətinin də adı qeyd olunub. Ölkə kimi Fransanın Ermənistanı dəstəkləməsi ilə bağlı istənilən sübut nə qədər təəccüblü deyilsə, “Havas” şirkətinin əməkdaşlarının bir hissəsinin erməniəsilli ekspertlər olması da bir o qədər sual doğurmur.

“Edelman” şirkətinə hərbi əməliyyatlara dəstək verdiyi üçün Ukraynada sanksiya siyahısında olan, Azərbaycana qarşı cinayət əməllərində iştirak edən Ruben Vardanyanı dəstəkləməsinin səbəbləri barədə bir neçə dəfə sorğu ünvanlasaq da, cavab ala bilmədik. Əslində PR şirkəti olaraq onlar medianın sorğusunun cavabsız qalmamalı olduğunu hamıdan daha yaxşı bilməlidirlər. Bütün bunlar əsas məsələnin PR deyil, siyasi maraqlar olduğunu açıq göstərir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Ruben Vardanyanla bağlı Qərbin PR maşını yenidən işə düşüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO