Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seulda Xocalı soyqırımına həsr olunan ikinci simpozium keçirilib VİDEO

Seul, 26 fevral, AZƏRTAC

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi DGIEA Koreya-Azərbaycan Assosiasiyası və Koreyanın “Eduniety Lab” təhsil agentliyi ilə birlikdə Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinin binasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan simpozium təşkil edib. Bu, Koreya Respublikasında Xocalı soyqırımına həsr olunmuş sayca ikinci simpoziumdur.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşlarının, Koreyanın siyasi, iqtisadi, mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələrinin, media təmsilçilərinin və Azərbaycan diasporunun üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan səfir Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları və ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolundan danışan səfir Xocalı həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpasının həm Xocalı qurbanlarının ruhu qarşısında mənəvi borc olduğunu, həm də gələcəkdə insanlığa qarşı cinayətlərin qarşısının alınması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Vətən müharibəsində qazandığımız şanlı Qələbə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin bərpa edilməsini diqqətə çatdıran Ramin Həsənov Xocalı cəlladlarından bəzilərinin hazırda Bakıda ədalət mühakiməsi qarşısına çıxarıldıqlarını da diqqətə çatdırıb və vurğulayıb ki, dünya ictimaiyyəti bütün müharibə cinayətkarlarının cəzalandırılması üçün həmrəy olmalıdır.

Səfir, eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişatına toxunub. “Ermənistan ölkəmizə qarşı ərazi iddialarından səmimi şəkildə imtina edərsə və həqiqətən sülhə nail olmağa çalışdığını nümayiş etdirərsə, regionda davamlı sülh əldə etmək mümkündür”, - deyən diplomat, tədbir iştirakçılarını işğaldan azad olunmuş ərazilərimizin bərpası, minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin geri qayıtması, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl zona” elan edilməsi barədə məlumatlandırıb.

Səfir R.Həsənov ölkəmizin Koreya Respublikası ilə əməkdaşlıq məsələlərinə toxunub. İstər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, istər Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd etmiş Azərbaycanın daxili və xarici siyasət gündəliyində yer alan ətraf mühit və yaşıl enerji məsələləri, istərsə də regional və beynəlxalq məsələlərlə əlaqədar iki ölkə arasında böyük əməkdaşlıq potensialının mövcud olduğunu vurğulayıb.

Tədbirin tərəfdaşları qismində DGIEA Koreya-Azərbaycan Assosiasiyasının prezidenti Li Min Yonq və “Eduniety Lab” təhsil agentliyinin baş icraçı məmuru Li Kitek çıxışlarında Xocalının günahsız sakinlərinin soyqırımına məruz qalmasını insanlığın faciəsi adlandırıblar. Bildirilib ki, Xocalı soyqırımı unudulmamalıdır.

Sonra “The Korea Global Times” saytının naşiri xanım Ço Coyun aparıcılığı ilə panel müzakirələri keçirilib.

Koreyanın Hankuk Xarici Dillər Universitetinin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq kafedrasının rəhbəri, professor Oh Çonq-cin işğaldan azad olunmuş Şuşa şəhərinin bərpası prosesində Koreya təcrübəsindən istifadə olunmasını nəzərdə tutan tədqiqat layihəsi barədə məlumat verib, bu xüsusda Şuşa şəhərinin Azərbaycan tarixi və mədəniyyətində yerini vurğulayıb.

Koreyalı tarixçi və köşə yazarı Lim Myeonq-Muk postmünaqişə məsələləri, regionda cərəyan edən proseslər barədə danışıb, Azərbaycanın davamlı sülhə nail olmaq üçün göstərdiyi səyləri vurğulayıb. O, eləcə də, geosiyasi faktorları, qlobal və regional güclərin rolunu təhlil edib.

Koreyanın İnha Universitetinin multikultural təhsil kafedrasının dosenti Oh Yonq-Sub təmsil etdiyi təhsil ocağı ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq, eləcə də bu çərçivədə həyata keçirilən ikili diplom proqramı barədə məlumat verib. O, Azərbaycanın multikultural dəyərlərindən bəhs edərək, bunun Koreyada təhsil alan azərbaycanlı gənclərin davranışında da özünü büruzə verdiyini diqqətə çatdırıb.

“Eduniety Lab” agentliyinin tədqiqat institutunun rəhbəri xanım Lim Sunq Hee təmsil etdiyi qurumun ölkəmizdə təhsil sahəsində icra etdiyi layihələr barədə məlumat verib və bu xüsusda Azərbaycanın təhsil qurumları ilə səmərəli əməkdaşlıqdan bəhs edib.

Koreyalı yazıçı və redaktor, ədəbiyyat sahəsində xidmətlərinə görə Koreyanın nüfuzlu mükafatlarının laureatı, Azərbaycanın xalq nağıllarının Koreya dillində dərc olunduğu “Günəşin məhəbbəti” adlı kitabın redaktoru Yu Sucin Azərbaycanın xalq ədəbiyyatı ilə tanışlığı, folklor nümunələrimizə marağının yaranması barədə məlumat verib, nağıl personajlarının nümunəsində Azərbaycanın milli-mədəni dəyərlərini təhlil edib.

Sonra auditoriyanın sualları cavablandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

Seulda Xocalı soyqırımına həsr olunan ikinci simpozium keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir