Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” konfransı keçirilib VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın ötən il Çin Xalq Respublikasına (ÇXR) səfər təəssüratlarından ibarət rəsm əsərləri nümayiş olunub.

Konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan və Çin Xalq Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Konfransın moderatoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanla Çin arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Çin Xalq Respublikasının qlobal güc mərkəzlərindən biri olduğunu deyən P.Kərimzadə Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. P.Kərimzadənin fikrincə, bu konfrans iki ölkə arasında mövcud əlaqələr və perspektiv əməkdaşlığa dair fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dəvəti qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Kommunist Partiyasının nümayəndə heyətinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır: “Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə etmişlər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir”.

Çıxış edən Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O, xalqlarımızın mədəniyyətinin bir-birinə yaxın olduğunu vurğulayaraq bildirib ki, Çin xalqı Azərbaycan xalqının mədəni irsi ilə tanışdır.

Lü Tzyançao vurğulayıb ki, Çin və Azərbaycan strateji tərəfdaşlardır və qarşılıqlı faydalı əməkdaşlıq edirlər: “Azərbaycan və Çin xalqları arasında dostluğun qədim tarixi var. Bu tarixi dostluq bizim müasir dövrdəki münasibətlərimizə də böyük təsir göstərir. Ötən il iki dövlətin liderlərinin Çin-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etməsi də bunun göstəricisidir. Bu, ikitərəfli münasibətlərimizin inkişafının mühüm mərhələsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik. Hazırda Çin dövlət quruculuğu istiqamətində fəaliyyətini genişləndirməkdədir. Eyni zamanda, biz bilirik ki, Azərbaycan tərəfi də uğurlu inkişaf strategiyası həyata keçirir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycan və Çin arasında iqtisadi əlaqələr bir-birini tamamlayır və davamlı nailiyyətlərə töhfə verir”.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə çıxışı zamanı bildirib ki, Azərbaycan-Çin əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğundur. Hər iki ölkənin böyük potensiala malik olduğunu deyən Ə.Əhmədovun fikrincə, perspektivdə ölkələrimiz arasında əlaqələr daha geniş və çoxşaxəli olacaq. YAP Sədrinin müavini qeyd edib ki, bu amil dövlətlərimizə qarşılıqlı fayda verəcək: “Ölkələrin əməkdaşlığı iqtisadi, siyasi maraqlar, sivilizasiya yaxınlığı kimi amillər üzərində qurulur. Bizim əməkdaşlığımız bu parametrlərə cavab verir. Qlobal Cənub təmsilçisi olaraq xalqlarımızın mədəni yaxınlığı da ölkələrimiz arasında əməkdaşlığın daha etibarlı zəmin üzərində qurulmasını təmin edir”.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) İsa Həbibbəyli bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli Lider ölkəmizdə siyasi hakimiyyətə qayıdışından təxminən bir il sonra - 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfər etmişdir. Heydər Əliyev bu səfəri ilə həm də inkişafın Çin modelinin əhəmiyyətinə böyük dəyər verdiyini nümayiş etdirmişdir”.

İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Liderin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri zamanı Pekin İctimai Elmlər Akademiyasında böyük tarixi əhəmiyyətə malik çıxışı, əslində, yenicə müstəqillik qazanan Azərbaycan dövlətinin dünyaya tanıdılması demək idi: “Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu dövlətlərarası əməkdaşlığı yeni inkişaf mərhələsinə çatdırmışdır. Hazırda iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sektorlarında mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin yüksək reytinqə malik təhsil ocaqlarında Çin dili üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarında Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş genişmiqyaslı tədqiqatlar aparılır. Bu istiqamətdə Azərbaycan alimləri Çindəki analoji qurumlarının nümayəndələri ilə birgə ortaq layihələr həyata keçirirlər”.

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov vurğulayıb ki, Azərbaycan və Çin arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi olduqca vacibdir. O qeyd edib ki, müasir dövrdə ekoloji və sosial-humanitar məsələlər qlobal xarakterli problemlər kimi diqqət mərkəzindədir: “Dünya birliyi inkişafın davamlı və dayanıqlı olması yolu ilə bu problemlərin həll edilməsini ön plana çıxarıb. Hazırda bu prosesin reallaşması istiqamətində müəyyən nailiyyətlər əldə olunub. Lakin qlobal miqyasda 2030-cü ilə qədər nəzərdə tutulmuş bəzi məqsədlərin həyata keçirilməsi bir qədər ləngiyir. Bu faktorlar onu göstərir ki, inkişafın idarə edilməsində yeni yanaşmalar lazımdır. Yeni yanaşmalar dedikdə, dünya öz inkişafında ekoloji sivilizasiya mərhələsinə keçid etməlidir. Qeyd etmək lazımdır ki, bu termin və ümumiyyətlə, sözügedən konsepsiya 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış və Ümummilli Lider Heydər Əliyev tərəfindən BMT-nin “İnsan İnkişafı Hesabatı”nda təqdim olunmuşdur. Çin məhz bu sahədə qlobal lider mövqeyini qoruyub saxlayır. 2007-ci ildə Çin Kommunist Partiyasının XVII Qurultayında ekoloji sivilizasiya konsepsiyası ümummilli kontekstdə qeyd edilib. Bu partiyanın 2012-ci ildə keçirilən XVIII Qurultayında isə ekoloji sivilizasiya Çinin Konstitusiyasına daxil edilib. Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin Kommunist Partiyasının 2017-ci ildə keçirilən XIX Qurultayında bu konsepsiyanın nə qədər əhəmiyyətli olduğunu və onun hansı mexanizmlərlə həyata keçirilməsi barədə ətraflı çıxış edib”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxışında bildirib ki, Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. O, Çin-Azərbaycan münasibətlərinin siyasi sahədə möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırıb: “İki ölkə arasında münasibətlər regional və beynəlxalq müstəvidə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi platformalar çərçivəsində də inkişaf edir: “Azərbaycanla Çin terrorizm və ekstremizmə qarşı mübarizədə eyni mövqe nümayiş etdirirlər”.

Onun sözlərinə görə, Çin və Azərbaycan arasında iqtisadi münasibətlərə ticari əlaqələr, infrastruktur layihələri, qarşılıqlı investisiyalar, eyni zamanda, çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Konfransa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bir daha Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaoya ölkəmizə səfərinə görə təşəkkürünü bildirərək bu səfərin istər partiyalarımız, istərsə də ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Bakıda “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” konfransı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH