34 MƏNZİLLİ BİNA TİKİLİR
Əli Bayramlıda “Azneft” İstehsalat Birliyinin maliyyəsi ilə 34 mənzilli bina tikilir. Bu obyektdə az müddətdə 200 milyon manatdan çox iş görülmüşdür. Binanın gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, neftçilər bundan əvvəl şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Böyük Vətən müharibəsi iştirakçıları üçün 105 mənzilli iki binanı təhvil vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]