Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidin həyat yoldaşı olan müəllim: Şagirdləri Vüqar kimi vətənpərvər yetişdirməyə çalışıram VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Mən həmişə düşünürdüm ki, Vüqarın zabit çantasında yalnız hərbi sənədlər ola bilər. Şəhadətindən sonra onun ən özəl əşyalarını tapdım: mənə yazdığı ilk məktublar, şeirlər, şəkillərim. Onlar mənə çox böyük təsəllidir, eyni zamanda, güclü zabitin necə bir ürək daşıdığının sübutudur. Dəftərçəsində apardığı qeydlər arasında məni ən çox riqqətə gətirən bir cümlə var: “Ülkər əsl mən deyən qızdır, əsl mənim axtardığımdır”. Əslində bilirdim ki, Vüqar mənim ruh əkizimdir, qismətimdir, taleyimdir. Onu dəftərçəsinə öz əlləri ilə yazması, mənim bundan xəbərsizliyim, şəhadətdən sonra bunları bilməyim mənə qeyri-adi təsir etdi. Bunları bildikdən sonra mənə yaşamaq dözülməz oldu. Zaman keçdikcə başa düşdüm ki, həmin vətənpərvər, işinin peşəkarı olan zabit həqiqətən ideal insan imiş. O, hansı sahədə olsaydı, bu cür məsuliyyətlə fəaliyyət göstərərdi. Lakin zənnimcə, Vüqar Vətənə xidmətdən başqa yol seçə bilməzdi.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları zamanı şəhid olan zabiti, mayor Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı deyib.

O, söhbətinə belə davam edib: “Biz Vüqarla bir məktəbdə oxumuşuq. O, çox sakit idi. Heç vaxt gözləməzdim ki, bu cür sakit, özünəqapalı oğlanın içində zəngin bir mənəviyyat var. Vüqar Heydər Əliyev adına Hərbi İnstitutun birinci kursunda idi, mən də ali məktəbə qəbul olunmuşdum. Onda artıq münasibətlər başlamışdı. Həmin cümləni də məhz o zamanlar yazmışdı: “Ülkər əsl mən istəyən qızdır”. Vüqarla söhbət etdikcə, gələcək həyatımızı birləşdirməklə bağlı qərarlara doğru getdikcə anlayırdım ki, gözlədiyim adam elə o imiş. Düz 19 il birlikdə yaşadıq”.

Ülkər Vüqarlının sözlərinə görə, Vüqar hər zaman şüuraltı onu gələcəyə hazırlayıb. “Bəzən işi çətin olanda, ağır keçəndə, evə aylarla gəlməyəndə, illərlə dağlarda xidmət edəndə.... Mən bunları çox sonralar başa düşdüm. Çətin anlarda, bir-birimizə dayaq olanda həmişə deyərdi ki, mən bunu könüllü seçmişəm, kimsə məni zorla hərbiyə gətirməyib. Mən bu yolu seçmişəmsə, ən şərəfli halda özümü göstərməliyəm. O, buna nail oldu: xidmətini ən uca zirvədə tamamladı. Həmişə deyərdi ki, bax, bu işin bir ucu ölümdür, Ülkər. Mən inanmazdım, zarafata salardım. Deyərdim ki, sən güclüsən, işinin peşəkarısan. Mümkün deyil ki, bu qədər məsuliyyəti olan Vüqar Heydərov dünya yolçuluğunu erkən bitirsin. O isə hər zaman hər şeyə hazır olmağımı tapşırırdı. “Ülkər, bir gün bu olacaq, sən mənim xəbərimi eşidəndə həmin ankı reaksiya bizim sonrakı taleyimizi müəyyən edəcək”, - deyirdi. Onun şəhadət xəbərini eşidəndə içimdə qəribə bir sükut yarandı, həyatımız film kimi gözlərimin önündən keçdi. O an mənim yadıma Vüqarın sözləri düşdü, içimdə hər şeyi boğdum. Dedim ki, mənim fəryad etməyə vaxtım çox olacaq, indi ona layiq davranmalıyam. Bunun öhdəsindən çətin də olsa gəldim. Anamız belə mənim sakitliyimə təəccüblənmişdi. O təkcə əsgər yetişdirməmişdi, övladlarımızı da, məni də əbədi ayrılığa hazırlamışdı...”, - deyə o qeyd edib.

Şəhidin həyat yoldaşı söhbətə belə davam edib: “Vüqar Naxçıvanda xidmət edirdi. 2016-cı il Aprel döyüşlərində ruh yüksəkliyi ilə döyüşəcəyi günü gözləyirdi. O zamanlar çox gənc idim, uşaqlar da kiçik idi. Dörd gün ərzində 40 il qocaldım… Vüqar hər an döyüşə yollana bilərdi. İlk dəfə hərb sənətinin çətinliyini, ölümün yaxınımızda olduğunu məhz Aprel döyüşlərində anladım. Vətən müharibəsi dövründə isə mərkəzi qərargahda əməliyyat bölməsinin rəisi idi. Evə həftədə bir dəfə gəlirdi. Onda da gecələri yata, səhərə qədər evdə qərar tuta bilmirdi. Vüqar 44 gün ərzində qocaldı. Silahdaşları, kursant yoldaşları şəhid olduqca saçlarına dən düşməyə başladı. O həm də vicdan əzabı çəkirdi ki, niyə döyüşdə deyil, təyinatını döyüş bölgəsinə verməyiblər? 2023-cü il antiterror əməliyyatları zamanı da ön xətdə idi, ermənilərlə aralarında 300-400 metr məsafə var idi. Yadımdadır, həmin ilin sentyabrında erməni təxribatları davam edirdi. Vüqarı təyinatla ön xəttə göndərdilər. Bəzən biz telefonla danışanda belə atışma başlayanda sakitcə sağollaşıb gedirdi. Ürəyim partlaya-partlaya qalırdı ki, görəsən necədir, haradadır? Bir müddət sonra yazırdı ki, narahat olma, sakitlikdir, atışma dayanıb, sakit ol, hər şey qaydasındadır. Hətta bir dəfə görüntülü danışanda onun olduğu yerə güllənin dəydiyini gördüm. Vüqarın tükü belə tərpənmirdi, sanki belə də olmalı idi. Onun soyuqqanlılığına, zabit iradəsinə, idarəetməsinə heyran olurdum”.

Ülkər Vüqarlı deyib ki, həyat yoldaşı ilə son görüşü sentyabrın 10-da olub: “Həmin vaxt sanki hər şey ürəyinə danmışdı, bizi Naxçıvandan Xırdalana köçürdü, uşaqları məktəbə yerləşdirdi, yaşayışımız üçün hər cür təminatı hazırladı və getdi. Son cümləsi bu oldu ki, həyatımda ilk dəfə məzuniyyətimi bu qədər dolu-dolu yaşadım, heç bir arzum ürəyimdə qalmadı...

Biz Naxçıvanda hərbi şəhərcikdə qalırdıq. Sentyabrın 7-də qalan əşyaları gətirmək üçün Naxçıvana getdim. Hava limanında görüşdük, gedib evi yığışdırdıq. Üç gün ərzində hər şeyi qaydaya saldıq. Sentyabrın 10-da məni Bakıya yola salanda çox qəribə bir hal yaşandı. Biz bu illər ərzində dəfələrlə ayrılmışdıq. Bu dəfə isə sanki hər şey başqa cür idi. Bu, o ayrılıqlardan deyildi. Mən ondan ayrılıb, hava limanının minik zalına qalxdım. Əşyaları təyyarənin yük yerinə verdikdən sonra uçuş haqqında elanı gözləyirdim. Düşündüm ki, Vüqar artıq gedib. Elə həmin an zəng edərək, hava limanının pəncərəsinə yaxınlaşmağımı istədi. Telefon qulağında aşağıdan yuxarıya o qədər qəmgin baxırdı ki... Səsi titrədi, qırıldı, susdu, ikimiz də danışmadan yalnız bir-birimizə baxırdıq, xeyli belə qaldıq, sonra da sağollaşdıq. Təyyarəyə necə mindiyimi, Bakıya necə gəldiyimi xatırlamıram. Həmin hadisədən 10 gün sonra şəhid oldu. Həmin dövrlərdə dəfələrlə görüntülü danışsaq da, hava limanındakı o siması gözlərimin qarşısından getmir...”.

Şəhidin həyat yoldaşı vurğulayıb ki, sentyabrın 10-dan sonra yuxularını qarışdırmağa başlayıb, özünü yaxşı hiss etməyib. Səhəri ağır, təsirli yuxularla açıb. “Yuxudan oyanan kimi danışırdıq, deyirdi ki, boş şeylərdir, amma sənin bu yuxuların bizi birtəhər edəcək. Düşünürdüm ki, Vüqar uzaqdadır, darıxıram deyə belədir, sən demə, məni qarşıda çox acı xəbər gözləyirmiş. Sentyabrın 19-da antiterror əməliyyatları başlayanda zəng vurdu ki, hər şey qaydasındadır, heç kəs məndən narahat olmasın. Həmin gün iki dəfə danışdıq, məni arxayın etdi ki, hər şey yolundadır. Axşam anasının telefonuna görüntülü yığdı, hamımızla danışdı. Gecə bir dəfə də fürsət tapıb, böyük oğlumuz Yusifi yığıb. Sentyabrın 20-si saat 9 radələrində tezdən bir də danışdıq. Dedi ki, vəziyyət bir az gərgindir, postlarda olacağam, ona görə də axşam 6-ya kimi mənə zəng çatmaya bilər. Həmin vaxt ona 11 postun tabor komandirliyini icra etmək tapşırılmışdı. Postlararası yolları isə uçurumlardan ibarət idi. Saat 11-ə işləmiş iki postu yoxlayıb, o birinə gedəndə onun olduğu maşın uçurumdan aşıb. Hadisə 10:20-də baş verib. Mən bunu hiss etdim. Həmin dəqiqələrdə halım çox pis idi. Telefonun ekranına baxanda “20 sentyabr 2023” yazısını gördüm, sonra isə gözlərim qaraldı. Sonralar bildim ki, hadisənin baş verdiyi an 10:20 olub. Vüqar təcili yardım maşınına yerləşdiriləndə sağ imiş, hətta danışırmış. Mən heç vaxt inanmazdım ki, Vüqar şəhid ola bilər...”, - deyə o vurğulayıb.

Ülkər Vüqarlının sözlərinə görə, Vüqarın şəhadətindən yaxınları ilə yanaşı, əsgərləri və döyüş yoldaşları da çox təsirləniblər. “Əsgərlərinə böyük qardaş, silahdaşlarına dost-sirdaş idi. Tək bizim yox, ətrafında olan hər kəsin, xidmət etdiyi hərbi hissədə hərbi qulluqçuların, Vətənin keşiyini çəkən əsgər və zabitlərin də qayğısına qalır, onlardan diqqətini əskik etmirdi. Ona görə də Vüqarın yoxluğu hər kəs üçün həqiqətən də böyük və əvəzolunmaz itkidir...”.

Hazırda Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə Azərbaycan dili-ədəbiyyat müəllimi olduğunu söyləyən şəhidin həyat yoldaşı bildirib ki, şagirdləri Vüqar kimi vətənpərvər, torpağa bağlı, vəzifə borcuna sadiq və işinin peşəkarı olan vətəndaş kimi yetişdirməyə çalışır.

Şəhidin övladları Yusif və Mehdi isə onun əsl vətənpərvər, güclü, cəsarətli zabit, dürüst, sözündən dönməyən, açıqsözlü insan, mehriban və qayğıkeş ata olduğunu deyiblər. Şəhidin hər iki yadigarı onlara özündən sonra yalnız xoş xatirələr qoyan atalarına layiq olmağa çalışdıqlarını, onun adını daim uca tutacaqlarını bildiriblər.

Şəhidin həyat yoldaşı olan müəllim: Şagirdləri Vüqar kimi vətənpərvər yetişdirməyə çalışıram VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir