Məzunlar Assosiasiyasının sədri: Azərbaycan Memarlıq və İnşaat Universiteti minlərlə mütəxəssis yetişdirib VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyasının sədri və eyni zamanda, bu universitetin bir məzunu kimi bugünkü tədbirdə çox böyük qürur hissi ilə iştirak etdim. Əlliillik yubiley böyük bir tarixdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyasının sədri, “PMD Projects”in direktoru, universitetin məzunu Nəriman Topçibaşev söyləyib.
“Azərbaycan Memarlıq və İnşaat Universiteti minlərlə mütəxəssis yetişdirib. Bu gün Qarabağın bərpasında onların hamısı iştirak edir. Biz Assosiasiya olaraq çalışırıq ki, məzun, universitet və sənayeni birləşdirək, bu platformanı yaradaq”, - deyən Nəriman Topçibaşev biznes, inşaat sahələrindən, məzunların və universitetdə təhsil alan tələbələrin birlikdə əməkdaşlığını həyata keçirməyin əsas məqsədlərdən biri olduğunu bildirib.