3 iyul - Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür
Bakı, 3 iyul, AZƏRTAC
3 iyul - Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür. Bu gün ən çox istifadə edilən daşıma vasitəsinin - plastik çantaların yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub. Hər il iyulun 3-ü atılan hər bir plastik çantanın insan və gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xatırlatmaq üçün qeyd edilir.
AZƏRTAC xəbər verir ki, dünyada hər il bir trilyonadək plastik çantadan istifadə olunur. Aparılan araşdırmalara görə, plastik çantalar insanlar tərəfindən alındıqdan sonra orta hesabla 25 dəqiqə müddətində istifadə olunur və atılır. Həmin çantalar dənizdə 400-500 ilədək, quruda 800 il çürümədən qala bilir və ətraf mühitə ciddi təsir göstərirlər. Hətta okeanların dərinliklərində belə plastik kütlələrdən ibarət “tullantı qayaları” əmələ gəlib.
Bəzi ölkələrdə artıq plastik çantaların istifadəsinə qadağalar tətbiq edilib, bəzilərində isə onlardan istifadənin azaldılması istiqamətində mühüm addımlar atılır. Meksikada, Hindistanda tamamilə, Banqladeş, Şərqi Afrikada yerləşən Ruandanın və Avstraliyanın bir çox şəhərlərində plastik çantaların istifadəsi qadağan olduğu halda, İsveçrə, İsveç, Norveç, Almaniya, Hollandiya kimi ölkələrdə ödənişlidir.
Artıq Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen torbalar və plastik qablardan istifadənin azaldılması üçün tədbirlər görməyə başlayıb. Buna nümunə olaraq “Yaşıl fikirlə sağlam gələcəyə” devizi altında keçirilən aksiyanı göstərmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]