Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib   YENİLƏNİB-3 VİDEO

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq dedi: “Zati-aliləri, xanımlar və cənablar, sabahınız xeyir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmaqdan şərəf hissi duyuram. XIII Qlobal Bakı Forumunda burada - Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur və mən hər birinizə bu önəmli tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə, növbəti günlərdə bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün sizin təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik. Bu prosesə başlamaq üçün Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə bir yerdə olmaqdan şərəf hissi duyuruq və o, çıxışında fikirlərini bizimlə bölüşəcək. Cənab Prezident, buyurun, söz Sizindir”.

x x x

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
 

-Hörmətli xanımlar və cənablar, sabahınız xeyir. Bütün qonaqlarımızı salamlayır və Forumun bütün iştirakçılarına xoş gəlmisiniz deyirəm. İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrləri xanım Vike-Freyberqaya və cənab Serageldinə, İdarə Heyətinin üzvlərinə, həmçinin Mərkəzin bütün kollektivinə bu illər ərzində nümayiş etdirdikləri yüksəksəviyyəli fəaliyyətə görə minnətdarlığımı bildirmək istərdim. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir.

Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir.

Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.

Builki Forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik.

Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.

Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur.

Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.

İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.

Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir.

Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq.

Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir.

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.

Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.

İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.

Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq. Vaxtınızı çox almamaq üçün çıxışımı burada yekunlaşdıracağam, yalnız təcrübəmizin olduğu məsələlərə və bu gün beynəlxalq gündəmin birnömrəli mövzularına toxunmaq istədim.

Son olaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığımıza qayıdaraq, bir daha onları təbrik etmək və COP29-un uğurlu keçirilməsinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ondan çox panel müzakirəsi təşkil etmiş, çoxsaylı müzakirələrdə iştirak etmiş və COP29-un uğuruna fəal töhfə vermişdir.

Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət edirəm. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Daha sonra çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparılmasına geniş imkan yaratdığını qeyd edərək dedi: “İstərdim, mən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasını salamlama fikirlərinə qatılım və Sizin burada olmağınızdan məmnunluğumu ifadə edim. Eyni zamanda, biz Azərbaycan Respublikasına təşəkkürümüzü bildiririk ki, artıq 13-cü dəfədir bu Foruma ev sahibliyi edir və Prezident İlham Əliyev də çıxışında bu tədbirin əhəmiyyətini qeyd etdi. Xatırlayıram ki, bir çox il əvvəl biz bu təşəbbüsə başlayanda ideya ilə Prezident qarşısında çıxış etdik və Prezident Nizami Gəncəvinin doğum günü ilə əlaqədar tədbirə dəvət etdi və hər il bu tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi, dedi ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməlidir. Cənab Prezident bizim o vaxt keçirdiyimiz tədbirdən daha böyük tədbirlərin Azərbaycanda keçirilməsinin təşəbbüsünü irəli sürdü və hazırda bu gün miqyas doğrudan da böyükdür”.

x x x

Qeyd edək ki, artıq uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.

Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda “Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar”, “Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək”, “BMT 80+”, “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”, “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə”, “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı”, “Afrika bu gün və sabah”, “2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik”, “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası”, “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər”, “Beynəlxalq sisteminin yenidən qurulmasının axtarışında” mövzularında panellər təşkil olunacaq.

XIII Qlobal Bakı Forumunda keçiriləcək sessiyalar parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyini araşdıracaq. Müzakirələr, həmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyini və dövlət siyasətini necə mürəkkəbləşdirdiyini nəzərdən keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb  Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib   YENİLƏNİB-3  VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

® Beynəlxalq səviyyəli cərrah

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

® Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən

Qəbələdə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara, günərzi qayğı və reabilitasiya mərkəzlərinə baxış olub

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir

Bakıda mağazada saxta içkilər aşkarlanıb

İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

İslandiyada Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

Aygün Attar: Azərbaycan–Özbəkistan müttəfiqliyi vahid geoiqtisadi məkan formalaşdırır

AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq

Kəlbəcərə dolu yağıb VİDEO

Kəlbəcərə dolu yağıb VİDEO

Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

33 illik həsrətdən sonra açılan qapı...

Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 26 sentyabr tarixli 13-1 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının QƏRARI

® PR və onun əsasları

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

Keçmiş futbolçu: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq

Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb

Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb

Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək

Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür

Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli olub

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb

İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb

Deputat: Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib

Elektrikin kəsilməsi işıqforların fəaliyyətinə təsir göstərməklə yol hərəkətinin təşkilinə də çətinliklər yarada bilər – Ekspert rəyi

Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir RƏY

Ekspertlər: Qlobal istiləşmə ilə Nepaldakı fəlakət arasında birbaşa əlaqə qurmaq hələ tezdir

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi – ŞƏRH

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

Su təchizatı və tullantı suları üzrə xidmət haqqını onlayn ödəmək mümkündür

® NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım

Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş direktor: Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub

Qazaxıstanda təyyarədə yanğın olub, 1 nəfər xəsarət alıb

Fransız nazir Avropanın süni intellektdə geridə qaldığını etiraf edib

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 538-ə çatıb

BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb

Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub