Azərbaycan Dövlət İnformasiya Agentliyi

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Həmişə düşünürdüm ki, bir gün ulduz olacağam – MÜSAHİBƏ VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Həmişə düşünürdüm ki, bir gün ulduz olacağam – MÜSAHİBƏ VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Azərbaycanın qadın alpinisti Vəfa Musayeva AZƏRTAC-ın suallarını cavablandırıb.

- Alpinizmə 2016-cı ildə başlamısınız. Cəmi 9-10 ilə dünya zirvələrinə çatmaq üçün gündəlik həyatınızdan nələri qurban verməli oldunuz?

- Mənə indi çox təəccüblü gəlir ki, alpinizmə cəmi doqquz-on il əvvəl başlamışam. Bəzən yeni bir işə başlamaq istəyəndə özümə sual verirəm: görəsən, bunun üçün tezdir, yoxsa artıq gec? Amma sonra alpinizm yadıma düşür. 10 il əvvəl başladım və bu il artıq həmin yolun yubiley ilini tamamlayıram. Zaman çox sürətlə keçir. Əgər insan bu gün nəyəsə başlasa, deməli, növbəti 10 ildə də yeni bir mərhələyə, başqa bir uğura çata bilər. Bu yolda təbii ki, müəyyən qurbanlar da olur. Daha çox vaxtını məşqlərə, hazırlığa və səfərlərə sərf etməli olursan. Bəzən ailədən, dostlardan, gündəlik rahatlıqdan uzaq qalırsan. Amma məqsədin böyük olanda, bu çətinliklər sənin üçün daha çox motivasiyaya çevrilir.

- Ailəniz bu qərarınızı necə qarşıladı?

- İlk vaxtlar ailəm bunu daha normal qarşıladı. Elə düşünürdülər ki, Vəfa sadəcə təbiətə gedir, dağlara çıxır. Şəhərin xaosundan uzaqlaşmaq, iş-güc arasında bir az nəfəs almaq üçün bunu yaxşı və faydalı məşğuliyyət kimi görürdülər. Amma məsələ ciddiləşdikcə, onlar da dağlar haqqında daha çox öyrəndikcə və bunun təkcə təbiət gəzintisi deyil, həm də riskli fəaliyyət olduğunu anladıqca narahatlıq artdı. Açığı, bundan sonra müəyyən problemlər yarandı. Ən ciddi reaksiyanı da anam verdi. O, “Sən ailəlisən, uşaqların var, bu dağlara getməyi dayandır” deyərək ən əsas sualı ortaya qoydu. Amma bütün bunlara baxmayaraq, mən yolumdan dönmədim, fəaliyyətimə davam etdim.

- İngilis dili müəllimisiniz. Ananız sırf müəllim olmağınızı arzulayıb, amma sizin dağlara daha çox marağınız olub. Niyə məhz müəllim?

- Ailəmdə bu peşəni icra edənlər çoxdur. Atam və bacım riyaziyyat müəllimidir. Anam psixologiya üzrə təhsil alsa da, daha çox bağçalarda və müxtəlif loqoped qruplarda müəllim kimi fəaliyyət göstərib. Qardaşım isə əvvəl başqa ixtisas üzrə oxusa da, sonradan istiqamətini dəyişib və hazırda idman müəllimi kimi çalışır. Mən də bu ənənəni davam etdirərək ingilis dili müəllimi oldum.

Açığı, bu seçim tam mənim istədiyim istiqamət deyildi. Mən daha çox incəsənətə və idmana meyilli idim. Amma anam məni inandırmağa çalışırdı ki, əvvəlcə təhsil alım, ingilis dilini yaxşı səviyyədə öyrənim, universiteti bitirdikdən sonra isə istədiyim sahəni seçməkdə sərbəst olum. Lakin proses düşündüyüm kimi getmədi. Bakalavr təhsilini başa vurduqdan sonra anam yenə məni yönləndirdi ki, təhsilimi davam etdirim, magistratura oxuyum və daha da inkişaf edim. Nəticədə magistraturanı da bitirdim.

- İncəsənətə marağınız haradan gəlir?

- Uşaqlıqdan incəsənətə böyük marağım olub. Həmişə düşünürdüm ki, bir gün ulduz olacağam. Hətta universitet illərində belə özümü qırmızı xalça üzərində təsəvvür edirdim. Aktrisa olmaq arzusu kifayət qədər güclü idi və uzun müddət maraq dairəmdə qaldı. Sonradan, xüsusilə Azərbaycanda təhsil aldığım dövrdə bu sahədə daha çox axtarış etdim. Amma həmin illər incəsənət üçün bir növ keçid dövrü idi. Qeyri-stabil mühit var idi, sanki heç nə tam formalaşmamışdı. Bu da məndə tərəddüdlər yaratdı və özümü bu sahədə tam görə bilmədim. Buna baxmayaraq, müxtəlif kastinqlərə qatıldım, bir çox yerlərə müraciət etdim və hətta bəzi təkliflər də aldım. Lakin bunu ailəmlə bölüşəndə anam qəti şəkildə qarşı çıxdı və “bizim evdən aktrisa çıxmaz” dedi. Bu məqamda anladım ki, bu yolu seçmək mənim üçün çətin olacaq. Nəticədə ixtisasım üzrə, yəni müəllimlik sahəsində fəaliyyətimi davam etdirməyə qərar verdim.

- Təkliflər aldığınızı söylədiniz...

- Everesti fəth etdikdən sonra ictimai fiqur kimi tanındığıma görə idmanla bağlı reklam çəkilişləri və müxtəlif layihələr üçün dəvətlər gəlməyə başladı. Hazırda bir neçə şirkətlə əməkdaşlığım var və yaxın zamanda bu işlərin nəticələri də ictimaiyyətə təqdim olunacaq. Film sahəsi ilə bağlı da maraqlı təkliflər var. Mənim haqqımda bir film ideyası üzərində işləyirik. Hələlik layihənin adı dəqiqləşməyib, hazırda ideya mərhələsindəyik və müəyyən çəkilişlərə də başlanılıb. Proses davam edir və dəyişikliklər mümkündür. Bundan əlavə, xarici bir şirkətdən təklif almışam. Onlar layihəni daha çox serial və ya bədii film formatında təqdim etməyi planlaşdırırlar. Bu istiqamətdə artıq ilkin danışıqlar aparılıb. Hələ heç nə tam dəqiqləşməyib, amma yeni imkanların yarandığını demək olar. Hazırda bu təklifləri dəyərləndirirəm.

- Film sizin həyat hekayənizə əsaslanacaq?

- Əslində ilkin mərhələdə məsələ birbaşa mənim həyat hekayəm yox, daha çox alpinizm mövzusu üzərində qurulurdu. Onlar mənim təcrübələrimi dinlədikcə bu hekayəni ssenariyə çevirmək qərarına gəldilər və mövzunun kifayət qədər maraqlı olduğunu qeyd etdilər. Sonradan isə gördüm ki, əslində mənim şəxsi hekayəm də kifayət qədər diqqətçəkəndir. Bu səbəbdən düşündüm ki, bəlkə də baş rolu özüm canlandıra bilərəm. Bu sahəyə marağımın olub-olmadığını soruşdular, mən də marağımın olduğunu bildirdim. Təbii ki, bunun üçün peşəkar hazırlıq vacibdir. Aktyorluq dərsləri, təcrübə və müəyyən mərhələlərdən keçmək lazımdır. Kamera qarşısında obraz yaratmağın asan olmadığını anlayıram. Hazırda bu istiqamətdə danışıqlar davam edir. Nəticənin necə olacağı hələ dəqiq deyil. Layihə həm yerli, həm də xarici şirkətlərlə müzakirə olunur. Gürcüstan və Türkiyə tərəfi də maraq göstərir.

- 4 yaşında qızınız var. Onun sizin davamçınız olmasını istəyərdiniz?

- Açığı, övladlarımın mütləq mənim yolumu davam etdirməsi kimi bir gözləntim yoxdur. Bu, mənim üçün prioritet məsələ deyil. Bir ana kimi ən vacib istəyim odur ki, övladlarım sağlam və xoşbəxt olsunlar. Onların gələcəkdə hansı peşəni seçəcəkləri özlərindən asılıdır. Həyat təcrübəmdən də görmüşəm ki, valideyn müəyyən istiqamət versə belə, insan sonda yenə öz yolunu tapır. Mənim həyatımda da bu cür olub. Seçimlərdə anamın rolu olsa da, nəticədə öz istiqamətimi müəyyənləşdirmişəm. Düşünürəm ki, övladlarım da zamanla, yaşadıqları təcrübələr vasitəsilə öz yollarını tapacaqlar. Mən isə sadəcə onların sağlam və xoşbəxt olduqlarını görmək istəyirəm.

- Dağda elə bir an olubmu ki, hər şeyi buraxıb geri dönmək istəmisiniz?

- İndiyə qədər dağda elə bir an olmayıb ki, hər şeyi buraxıb geri dönmək istəyim. Təbii ki, qarşıda hələ çox zirvələr, çox sınaqlar var və bu təcrübələrin mənə nə gətirəcəyini zaman göstərəcək. Amma bu günə qədər belə bir hiss yaşamamışam. Ümid edirəm ki, bundan sonra da yaşamaram.

- Müsahibələrinizdə "Everest mənim müəllimimdir" deyirsiniz. Maraqlıdır Everest sizə hansı dərsi verib?

- Bunu bir kəlmə ilə ifadə etmək olar, amma bu, Everestin mənə yalnız bir dərs verdiyi anlamına gəlmir. Oradan qayıtdığım gündən indiyə qədər hər zaman Everestdən, onun mənə öyrətdiklərindən və oradan gətirdiyim hekayələrdən danışıram. Ən böyük dərslərindən biri səbirdir. Müasir şəhər həyatında səbir bəlkə də ən az rast gəlinən, amma ən dəyərli keyfiyyətlərdən biridir. Everestə qalxmaq isə elə bir sınaqdır ki... Təsəvvür edin, 8 min metrdən yüksək zirvədir və ekspedisiya minimum 20–25 gün, bəzən isə 60 günə qədər davam edir. Mən həmişə deyirəm ki, zirvəyə çatmaq üçün fiziki gücdən daha vacibi məhz səbirdir. Əgər səbir yoxdursa, nə qədər güclü və hazırlıqlı olsanız belə, zirvəyə çatmaq mümkün deyil. Digər vacib dərs isə zamanı gözləməyi bacarmaqdır. Dağlarda zirvəyə qalxmazdan əvvəl hər zaman şəraiti dəyərləndiririk. Hava uyğun deyilsə, gözləyirik, doğru anı seçirik. Everestin mənə verdiyi əsas mesaj da budur. Həyatda hər şeyin öz zamanı var və o anı gözləməyi bacarmaq lazımdır.

- Alpinizm həm çox bahalı, həm də riskli idmandır. Müsahibələrinizin birində “Həyatımda heç vaxt cüzdanım və ya pul kartım sıfır olmamışdı” demisiniz. Sizcə, bir zirvə üçün bu qədər xərcə və riskə dəyərmi?

- Açığı, kənardan baxanda mən də eyni sualı verərdim. Bu qədər xərc və bu qədər risk qarşılığında bir zirvəyə qalxmaq çoxlarına “dəyməz” kimi görünə bilər. Amma bu yolu keçmiş biri kimi deyə bilərəm ki, həmin prosesdə yaşadığım daxili dəyişiklik, dönüş nöqtələri və şəxsi inkişaf bunu mənim üçün tam mənası ilə dəyərli edir. Alpinizm təkcə fiziki fəaliyyət deyil, həm də mənəvi və psixoloji yolçuluqdur. Bu, bir növ öyrənmə prosesidir. Sanki fərqli bir universitetdir. Sadəcə fərqi ondadır ki, bu universitetin bir ucunda hər zaman risk və ölüm təhlükəsi dayanır. Buna baxmayaraq, düşünürəm ki, dəyər. Hətta həyatımda elə bir mərhələ olub ki, kartımda balans sıfra düşmüşdü. Qayıtdıqdan sonra da bir müddət bunun çətinliyini yaşadım. Nə fiziki olaraq tez toparlana, nə də dərhal işə qayıda bilirdim. Bu, mənim üçün kifayət qədər ağır dövr idi. Amma həmin mərhələni də keçdim. Bu təcrübə mənə sıfırdan başlamağı, heç nəyin olmadığı nöqtədə belə ayaqda qalmağı öyrətdi. Everest mənim üçün yalnız zirvə deyil, həm də bu cür həyat dərslərinin mənbəyidir.

- Everestdə gözünüzün qarşısında insanların həyatını itirməsinə şahid olmusunuz. Belə bir anda öz missiyanıza necə fokuslana bilirsiniz?

- Həyatda heç kim ölümdən sığortalanmayıb. Bəzən ən adi gündə belə tanıdığımız insanların dünyasını dəyişməsi xəbərini eşidirik. Bu, həyatın qaçılmaz bir gerçəyidir. Biz bunu qəbul edib həyatımıza davam edirik. Yeyirik, içirik, işləyirik, yaşayırıq.

Dağlarda isə bu reallıq daha kəskin şəkildə qarşına çıxır. Elə insanlar olur ki, belə anlarla üzləşəndə geri dönmək qərarı verirlər, çünki orada həyatlarını itirmək istəmirlər. Amma eyni zamanda anlayırsan ki, ölüm yalnız dağda deyil, aşağıda da var, sadəcə burada daha görünən və daha sərtdir. Belə məqamlarda insan istər-istəməz özünə sual verir: “Mən bura niyə gəlmişəm?” Bu sual bəzən səni dayandırır, bəzən isə əksinə, davam etməyə güc verir. Təbii ki, bu anlar çox ağırdır. Kənardan danışmaq asandır, amma realda kiminsə gözünün qarşısında həyatını itirməsi insan üçün çox çətin təcrübədir. Buna baxmayaraq, insan sonda içində güc tapır. Xatırlayırsan ki, bu yola çıxanda nələrdən keçməyi qəbul etmisən. Ailəni, övladlarını, gündəlik həyatı, bir sözlə, hər şeyi gözə alaraq buralara gəlmisən. Bütün bunlara baxmayaraq, qərar verirsən ki, davam edəcəksən.

- Sırada hansı zirvə var? 7 Zirvə layihəsini tamamlamağı planlaşdırırsınızmı?

- Bu yola çıxanda həm ailəmdən, dostlarımdan, yaxın çevrəmdən, həm də tanımadığım insanlardan dəstək almışdım və öz imkanlarımı da bu prosesə qatmışdım. Zirvəyə gedən yolda çox sayda idmançı görürdüm. Bəzən idmançıların geyimləri sponsorların loqoları ilə o qədər dolu olurdu ki, formanın öz rəngini seçmək belə çətin idi. Orada başa düşdüm ki, belə bir yola tək çıxmaq həm fiziki, həm mənəvi, həm də maddi baxımdan çox çətindir və bu, artıq hamıya məlum bir həqiqətdir. Everestdən qayıtdıqdan sonra özümə söz verdim ki, bundan sonrakı zirvələrə mütləq dəstək ilə gedəcəyəm. Hazırda bir neçə şirkət və qurum buna maraq göstərir, əməkdaşlıq və sponsorluqla bağlı təkliflər var. Əgər bu əməkdaşlıqlar reallaşarsa və hər şey müsbət dəyərləndirilərsə, növbəti zirvəyə, hər dağın öz mövsümünə uyğun olaraq ilk fürsətdə yola düşməyi planlaşdırıram.

- İncəsənətlə yanaşı, idmana da marağınızın olduğunu vurğuladınız. Hansı idman növü sizi daha çox cəlb edir?

- Çox gözəl sualdır, amma etiraf edim ki, bu barədə məndən ilk dəfədir soruşulur. Özüm də bunu tez-tez düşünürəm. Dağlarda olarkən digər dağçılardan da eşitmişəm ki, alpinizmin də bir yaşı var. Yəni 55–60 yaşdan sonra artıq yüksək dağlara çıxmaq tövsiyə olunmur, çünki hündürlük, təzyiq və risklər daha da artır. Bu barədə düşünmüşəm ki, bəlkə bir gün mən də yalnız kiçik zirvələrlə kifayətlənəcəyəm, çünki dağlar mənim üçün hər bir halda dəyərli qalacaq. Amma eyni zamanda özümə həmişə bir sual verirəm: əgər mən həqiqətən bir idman növü ilə daha peşəkar səviyyədə məşğul olmaq istəsəm, bu, hansı ola bilər? 2026-cı il üçün idman səfiri seçildiyimə görə hazırda müxtəlif idman növlərini izləmək və daha yaxından tanımaq imkanım var. Bu sahələr arasında məni xüsusilə cəlb edənlərdən biri kamandan oxatma və güllə atıcılığıdır. Hətta düşünürəm ki, bu istiqamətdə kifayət qədər yaxşı bacarığım da ola bilər. Mümkündür ki, bir gün bu maraq daha ciddi istiqamət alsın. Amma eyni zamanda özümə xatırladıram ki, insan 10 il əvvəl nə olacağını bilmədiyi kimi, 10 il sonra da harada olacağını dəqiq deyə bilmir. Ona görə də düşünürəm ki, əgər insanın marağı varsa, onu sınamaqdan çəkinməməlidir. Mən də bunu edə bilərəm. Hələlik isə bu, qəti qərar deyil, daha çox zamanın nə göstərəcəyi ilə bağlı bir ehtimaldır.

- Bəs futbol necə?

- Mənim bununla bağlı maraqlı bir xatirəm var. O vaxt atletika ilə məşğul olurdum. Həyatımda dağlar da var idi, amma əsas məqsədim fiziki hazırlığımı gücləndirmək idi. Bir gün müəllimim ABŞ-yə köçdü. Getməzdən əvvəl mənə dedi ki, “narahat olma, səni başqa bir müəllimə yönləndirəcəyəm” və əlaqə üçün nömrə verdi. O, gedəndən sonra həmin nömrə ilə əlaqə saxladım. Qısası, özümü bir futbol meydançasında tapdım. Orada futbolçular məşq edirdi və mən düşündüm ki, bu, sadəcə fərqli bir qrupdur və mən atletika üzrə məşqlərimi davam etdirəcəyəm. Amma müəllim dedi ki, “formanı geyinəcəksən və bizimlə məşq edəcəksən”. Mən də bunu fiziki hazırlıq kimi qəbul etdim. Lakin məşqlər davam etdikcə gördüm ki, artıq futbol komandasının içindəyəm və real məşq prosesinə qoşulmuşam. Daha sonra müəllim mənə dedi ki, “səndə potensial var, sən yaxşı futbol hakimi ola bilərsən”. Mən isə izah etdim ki, futbola marağım olsa da, bu mənim ixtisasım və yolum deyil. Beləliklə, həmin təcrübə maraqlı bir epizod kimi yadda qaldı, amma mən öz istiqamətimə, yəni atletika və sonradan alpinizm yoluna davam etdim.

Müxbir – Aynur Əlixanlı

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Həmişə düşünürdüm ki, bir gün ulduz olacağam – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına