Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Türk dillərinin ekologiya terminləri lüğəti” təqdim olunub VİDEO

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Türk dillərinin ekologiya terminləri lüğəti”nin təqdimatı keçirilib.

Lüğət azərbaycanlı professor Elman Yusifovun və digər türkdilli dövlətlərin alimlərinin müəyyənləşdirərək təqdim etdiyi terminlər toplusu əsasında beynəlxalq mütəxəssislər qrupu tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu cür əhəmiyyətli elmi məzmunlu kitabın təqdimatının nazirlikdə keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirilib ki, kitabın əhəmiyyəti olduqca böyükdür və müəlliflər çox vacib bir işin öhdəsindən uğurla gəliblər. Qeyd edilib ki, terminologiyanın təxminən 50-60 faizi bütün türk dillərində ortaqdır, mövcud fərqliliklərin bilinməsi və öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Kitabın yüksək peşəkarlıq səviyyəsində hazırlandığını və digər türk dövlətlərində təqdimatının keçirilməsinin vacibliyini vurğulayan nazir müavini layihə iştirakçılarına və ekspertlərə təşəkkür edib.

Layihənin elmi rəhbəri, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev akademiyanın fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib, həyata keçirilən elmi layihələr barəsində ətraflı məlumat verib. Qeyd olunub ki, akademiya 2023-2026-cı illərdə 50-dən çox layihə həyata keçirib. Həmin layihələrin məzmun baxımından istiqamətlərindən biri də “Türk dilləri və terminologiyası”dır. Bu gün təqdimatı keçirilən lüğət də həmin istiqamət üzrə icra olunan “Türk dillərinin terminoloji lüğətləri” layihəsinin bir hissəsidir. Bir cilddən ibarət 5 minə yaxın ekoloji termini əhatə edən lüğətdə terminlər 11 dildə - ingilis, rus, Azərbaycan, başqırd, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türk və türkmən dilində təqdim olunur.

Layihənin elmi əlaqələndiricisi Beynəlxalq Türk Akademiyasının eksperti Aynur Mayemerovanın sözlərinə görə, qloballaşma prosesində elm, texnologiya və kommunikasiya sahələrində baş verən sürətli inkişaflar dillər arasında terminoloji uyğunluq və əməkdaşlıq ehtiyacını gündən-günə artırır. Bu münasibətlə Beynəlxalq Türk Akademiyası tərəfindən 2023-cü ildən etibarən həyata keçirilən genişmiqyaslı layihələrdən biri də “Türk dillərinin terminoloji lüğətləri” layihəsidir: “Beynəlxalq Türk Akademiyası tərəfindən bu günədək türk dillərinin terminoloji lüğətləri seriyası çərçivəsində iqtisadiyyat, tibb, dilçilik, hərbi sahə, ətraf mühit, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və süni intellekt üzrə lüğətlər nəşr olunub. Kənd təsərrüfatı, mədəniyyət və incəsənət, nəqliyyat və digər sahələr də daxil olmaqla geniş istiqamətlər üzrə işlərimiz davam etdirilir. Müasir dövrdə iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, bioloji müxtəlifliyin azalması və təbii ehtiyatlardan dayanıqlı istifadə kimi qlobal ekoloji problemlər bəşəriyyətin qarşısında duran ən mühüm məsələlər sırasındadır. Bu prosesdə Türk dünyasının həm sürətlə artan qlobal rəqabət mühitinə, həm də elm, texnologiya və ekologiya sahələrində meydana çıxan yeniliklərə uyğunlaşması böyük əhəmiyyət daşıyır. Yeni inkişaflar isə öz növbəsində yeni anlayışların və ekoloji terminlərin yaranmasını qaçılmaz edir. Bu baxımdan, “Türk dillərinin ekologiya terminləri lüğəti”ndə müasir dövrdə geniş istifadə olunan aktual ekoloji və ətraf mühit terminlərinin əhatə olunmasına xüsusi önəm verilib. Termin siyahısının hazırlanması prosesində ekologiya və ətraf mühit sahələrinə dair elmi məqalələr, monoqrafiyalar və lüğətlər araşdırılıb, geologiya, torpaqşünaslıq, coğrafiya, botanika, zoologiya və ekologiya kimi müxtəlif elmi istiqamətlərdə geniş istifadə olunan təxminən 5000 termin seçilib”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İradə Hüseynovanın sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, biomüxtəlifliyin kasadlaşması hər il yüzlərlə bitki növünün və heyvan cinsinin aradan götürülməsi, səhralaşma prosesləri, su, ekoloji təhlükəsizlik problemləri artıq dövlətlərarası həmrəyliyin və ortaq elmi araşdırmaların aparılmasını tələb edir. Bu baxımdan Türk dünyası həm zəngin təbii irsə, həm də çox böyük elmi potensiala malikdir.

“Türk dünyası zəngin biomüxtəlifliklərlə, ekosistemlərlə, landşaftların müxtəlifliyi ilə çox geniş xarakterizə olunur. Türkmənistanın səhra ekosistemləri, Özbəkistanın və Qazaxıstanın bozqırları, Türkiyənin və Azərbaycanın dənizsahili dağ sistemləri, Qırğızıstanda daim qarla örtülü olan Tanrı dağları - ümumiyyətlə Altaydan Anadoluya qədər olan bütün bu sahələr zəngin ekoloji, mədəni bir məkan formalaşdırıb. Bu baxımdan Türk dünyasının elmi baxımdan da əlaqələndirilməsi, birliyinin yaradılması çox vacib məsələdir. Türk xalqları daim təbiətlə harmoniyada olub, zəngin ekoloji birliklər yaradıblar. Yüzilliklər ərzində yaradılan bitki sortları, yetişdirilən heyvan cinsləri, xalq təbabətində istifadə olunan dərman bitkiləri və eyni zamanda, sudan, torpaqdan səmərəli şəkildə istifadə olunması - bütün bunlar sanki ekoloji, mədəni bir baxış formalaşdırıb. Bu aspektə təqdim olan ekoloji lüğət, düşünürəm ki, ən yaxşı metodoloji bazanın yaradılması həm ekoloji, həm də mədəni irslərimizin təqdim olunması baxımdan çox böyük əhəmiyyət kəsb edir”, - deyə İ.Hüseynova vurğulayıb.

Professor Elman Yusifov lüğətin Türk dünyasının alim və mütəxəssislərinin birgə çalışaraq, böyük əmək sərf etdiyi məhsul olduğunu diqqətə çatdırıb: “İndiyə kimi çox qiymətli, dəyərli lüğətlər hazırlanıb, ekoloji sözlüklər çap edilib. Bu zamanadək tətbiq etdiyimiz lüğətlərin hamısı postsovet məkanında rus alimlərinin işlərinin bir tərcüməsi rolunu oynayırdı. Azərbaycan və digər türk dövlətləri müstəqillik əldə etdikdən sonra dünyada qloballaşma proseslərinə qoşulduqca həmin terminlərdə xeyli uyğunsuzluqlar meydana gəldi. Kollektiv araşdırmalar nəticəsində məlum oldu ki, bir çox termin heç dünya ekoloji terminologiyasında yoxdur, bəziləri isə bir-birini təkrarlayır. Böyük səylər nəticəsində biz bu kitabı ərsəyə gətirə bildik. Baza kimi əsasən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Oksfod Universitetinin ekoloji lüğətləri götürülüb. Bu işin davamı da var. Yenidən Beynəlxalq Türk Akademiyasının himayəsi ilə beynəlxalq illüstrativ ekoloji sözlük üzərində çalışırıq. Artıq “M” hərfinə qədər işlər bitib. Ümid edirəm ki, bu ilin payızına qədər ikinci hissəsini də bitirərik”.

AMEA-nın müxbir üzvü Zeynal Əkbərov ortaq terminoloji lüğətin vacibliyindən danışıb, bu gün təqdimatı olan lüğətin gələcəkdə gənc nəsillər üçün stolüstü kitab olacağına əminliyini ifadə edib.

Tədbir sual-cavab və müzakirələrlə davam edib.

Müxbir – Göyçək Mahmudlu

“Türk dillərinin ekologiya terminləri lüğəti” təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir