Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yarımçıq qalan müqəddəs missiya - Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

2021-ci il iyunun 4-ü. Bu gün həmin o dəhşətli tarixdən 5 il ötür. Zaman bəlkə bəzi yaralara məlhəm olur, amma Vətən naminə yarıda qalan ömürlərin acısını əsla azaltmır.

Jurnalist Məhərrəm İbrahimovun Kəlbəcər dağlarında erməni vəhşiliyini ifşa edib həqiqətləri tarixə köçürərkən şəhidlik zirvəsinə ucalmasının beşinci ildönümündə onunla çiyin-çiyinə çalışmış AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa gedərək unudulmaz həmkarlarının məzarını ziyarət ediblər.

Anım mərasimində AZƏRTAC-ın əməkdaşları ilə bərabər, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayonun M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin nümayəndələri və şəhid jurnalistin ailə üzvləri də iştirak ediblər.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov, bacısı Sevda Əsgərova, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov və M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək, Məhərrəm İbrahimovun şərəfli ömür yolundan, onun hərbi jurnalistika tariximizə yazdığı qəhrəmanlıq salnaməsindən söz açıblar.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərindən etibarən daim ön cəbhədə, hadisələrin ən qaynar nöqtələrində olan Məhərrəm işğaldan azad edilmiş torpaqlarımızın hər qarışını addım-addım gəzərək erməni vandallarının törətdiyi vəhşilikləri yazıya çevirir, tarixləşdirirdi. Onun yazdığı hər bir sətir bu gün düşmənin iç üzünü dünyaya göstərən təkzibolunmaz tarixi sənədə çevrilib. Lakin təəssüf ki, doğma yurdun salnaməsini yaratmaq kimi müqəddəs amalı canı bahasına yerinə yetirən cəsur jurnalistin ömür yolu elə Kəlbəcər dağlarında yarıda qaldı.

Belə ki, peşə fəaliyyəti ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində 2021-ci il iyunun 4-də saat 11 radələrində tankəleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Həmçinin Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki küçələrdən birinə şəhid jurnalistin adı verilib. AZƏRTAC-ın inzibati binasında Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib, barelyefi açılıb.

Vurğulanıb ki, Məhərrəm Ermənistanın xain mina terroru nəticəsində şəhadətə qovuşsa da, onun əziz xatirəsi, göstərdiyi peşə şücaəti və adı xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Ailə üzvləri şəhid jurnalistin xatirəsini hər zaman uca tutan və bu anım günündə yanlarında olan hər kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mərasimin sonunda şəhid jurnalistin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.

Ziyarətdən sonra Məhərrəm İbrahimovun xatirəsinə ehsan süfrəsi açılıb.

Zaman sürətlə axıb keçir... İndi Məhərrəmin qarış-qarış gəzdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. İrimiqyaslı quruculuq işləri, ucalan yeni binalar və salınan yollar otuzillik işğalın və amansız vandallığın izlərini silir, insanlar böyük qürurla öz doğma yurdlarında yeni ömür salnaməsi yazırlar. Lakin illər, əsrlər keçsə də, gələcək nəsillər bu torpaqların hansı çətinliklərlə azad olunduğunu, düşmənin vurduğu yaraların miqyasını və 2021-ci il iyunun 4-də yarımçıq qalan o müqəddəs missiyanı əsla unutmayacaqlar. Onlar bu acı, həm də şərəfli tarixi məhz Məhərrəm kimi qələmini silaha çevirən fədakar oğulların bizə miras qoyduğu, min bir əzabla arxivləşdirdiyi təkzibolunmaz materiallar əsasında öyrənəcəklər.

Ruhun şad olsun, Məhərrəm!

Müxbir – Gülay Nəzərova
Foto – Səfiyar Məcnun
Video – İlham Nadirov
Yarımçıq qalan müqəddəs missiya - Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlanılıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlanıb