Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Bakı, 11 iyun, AZƏRTAC

Səhnə hər zaman istedadla yanaşı, zəhmət, intizam və daxili duyum tələb edən incə bir aləmdir. Xüsusilə musiqi sahəsində öz yolunu tapan gənclər bu aləmin həm estetik, həm də fəlsəfi qatlarını öz yaradıcılıqları ilə daha da zənginləşdirirlər. Belə parlaq və perspektivli gənclərdən biri də ecazkar səs tembri, rəngarəng səs palitrası və səhnədəki səmimi, özünəməxsus ifa tərzi ilə qısa zamanda dinləyicilərin rəğbətini qazanan, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin gənc ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin tələbəsi, respublika müsabiqələri laureatı Mədinə Səlimovadır. Peşəkar səhnədə ilk addımlarını atmasına baxmayaraq, xor musiqisinin dərin fəlsəfəsini dərk edən və klassik irsə sadiqliyi ilə seçilən gənc ifaçının sənət yolu həm də müasir gəncliyimizin mədəniyyətə verdiyi dəyərin bariz nümunəsidir.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan gənc ifaçı sənət yolu, tələbəlik illərindən peşəkar səhnəyə uzanan yaradıcılıq fəaliyyəti və gələcək hədəfləri barədə danışıb.

Həyatın bəzən insanın qarşısına taleyini müəyyən edən gözəl təsadüflər çıxardığını deyən Mədinə Səlimova peşəkar kollektivə gəlişinin də belə unudulmaz məqamlardan biri olduğunu bildirir. Onun iştirak etdiyi tədbirlərin birindən paylaşılan videogörüntüləri Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar artist Təranə Yusifova tərəfindən izlənilib. Gənc ifaçıdakı potensialı dərhal hiss edən rəhbərlik onu kollektivə dəvət edib. Beləliklə, hələ tələbə ikən ölkənin ən peşəkar və nüfuzlu musiqi ocaqlarından birində fəaliyyətə başlayan Mədinə Səlimova bu addımı həm böyük şans, həm də ciddi məsuliyyət kimi qiymətləndirir.

Gənc ifaçı dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğını da xüsusi vurğulayır. Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi musiqi sahəsində də inkişaf etmək istəyən gənclər üçün geniş imkanlar yaradılır, peşəkarlaşmaq üçün əlverişli mühit formalaşdırılır. O, həmçinin müəllimlərinin dəstəyini də hər zaman hiss etdiyini bildirir. 9 saylı Cabbar Qaryağdıoğlu adına musiqi məktəbində təhsil alarkən muğam dərslərini Fədail Qəhrəmanovdan alan Mədinə ilk dəfə muğamın incəliklərini məhz burada mənimsəyib. Hazırda isə Xalq artisti Gülyanaq Məmmədovanın tələbəsi olan gənc ifaçı musiqi təhsilini uğurla davam etdirir.

Onun ən böyük arzularından biri “Leyli və Məcnun” operasından“Leyli” obrazını yaratmaqdır, bu həm də onun müəllimlərinin istək və arzusudur. Yeri gəlmişkən qeyd edək ki, onun “Leyli” obrazından bir hissəni ifa etdiyi video qısa müddət ərzində sosial şəbəkələrdə milyonlarla baxış toplayıb və ifaçıya çoxsaylı müsbət rəylər qazandırıb. Gənc ifaçının sözlərinə görə, tamaşaçıların rəğbəti və xoş fikirləri ona sənət yolunda daha inamla addımlamaq, öz üzərində daim çalışmaq və yeni uğurlara imza atmaq üçün əlavə stimul verir.

Səhnədə solo ifa ilə xor daxilində çıxış etməyin fərqli fəlsəfəsi olduğunu qeyd edən gənc ifaçı hər iki ifa tərzinin özünəməxsus ab-havasını belə izah edir: “Xor daxilində çıxış etmək tam fərqli bir hissdir. Burada sən tək deyilsən, böyük bir harmoniyanın, vahid bir gücün bir parçasına çevrilirsən. Digər ifaçıların səsini duymalı, ümumi rəngi qoruyub saxlamalısan. Solo ifa isə tamamilə fərqli bir məsuliyyətdir. Bu zaman bütün diqqət, baxışlar və duyğular birbaşa sənin üzərində cəmləşir. Səhnədə tək qalarkən əsərin ruhunu və daxili dramaturgiyasını dinləyiciyə öz hisslərinlə ötürməlisən. Solo ifada səs azadlığı daha geniş olsa da, səhnənin bütün ağırlığını təkbaşına daşıyırsan. Bu isə həm böyük məsuliyyət, həm də sözlə ifadə olunması çətin olan xüsusi bir xoşbəxtlikdir”.

Repertuar seçimindən danışan gənc ifaçı klassik musiqi irsinə və milli-mənəvi köklərə bağlılığını xüsusi vurğulayır. O qeyd edir ki, müxtəlif janrlarda əsərlər ifa etsə də, qəlbinə ən yaxın olan nümunələr böyük Azərbaycan şairi Səməd Vurğunun sözlərinə bəstələnmiş musiqi əsərləridir. İfaçının fikrincə, bu əsərlərdəki dərin məna, poetik zənginlik və milli ruh ona öz duyğularını daha səmimi şəkildə ifadə etməyə imkan verir.

Mədinə Səlimova iştirak etdiyi festival və müsabiqələrin onun bir musiqiçi kimi formalaşmasında mühüm rol oynadığını qeyd edir. O bildirir ki, bu tədbirlər həm səhnə təcrübəsinin artmasına, həm də peşəkar mühitdə özünü sınamasına geniş imkan yaradıb. Gənc ifaçı, həmçinin Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bir sıra konsert proqramlarında ifaçı kimi çıxış etdiyini, bu təcrübənin isə onun yaradıcılıq yolunda əlamətdar mərhələlərdən biri olduğunu vurğulayır. Hər mədəni proqramdan sonra səhnəyə baxışının daha da genişləndiyini bildirən solist əlavə edir ki, rəqabət mühiti və müxtəlif auditoriyalar onun yaradıcılıq inkişafına müsbət təsir göstərir.

Müasir dövrdə gənc ifaçıların qarşısında duran əsas çətinliklərdən biri isə sürətlə dəyişən musiqi trendləri fonunda akademik keyfiyyəti və sənətin orijinallığını qoruyub saxlamaqdır. Gənc solist bu çətinlikləri daim öz üzərində çalışmaq, klassik ənənələrə sadiq qalmaq və sənətə ciddi yanaşmaqla aşmağa çalışdığını vurğulayır.

Mədinə Səlimova deyir: “Mənim üçün ən vacib məsələ sənətin orijinallığını qorumaqdır. Sürətlə dəyişən musiqi trendləri bəzən sənətkara təsir etsə də, klassik ənənələrə sadiqlik yolumun əsas istiqamətidir. Daim öz üzərimdə çalışır, bilik və bacarıqlarımı inkişaf etdirməyə səy göstərirəm. İnanıram ki, yalnız zəhmət və peşəkarlıqla əsl sənətkar olmaq mümkündür.”

Müxbir – Gülay Nəzərova
Videooperator – Mirrəsul Cəfərov
Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur