Azərbaycan Dövlət İnformasiya Agentliyi

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycanda ippoterapiyadan istifadə edənlərin sayı artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, ölkəmizdə 2022-ci ildən tətbiqinə başlanılan bu üsuldan indiyədək 1500 nəfər faydalanıb. Agentliyin reabilitasiya mərkəzlərində müalicə alan əlilliyi olan şəxslər üçün ippoterapiyanın müsbət təsirləri isə olduqca çoxdur.

İppoterapiya nədir?

AZƏRTAC xəbər verir ki, ippoterapiya animaloterapiyanın, yəni heyvanlarla aparılan müalicənin bir sahəsidir. Bu, müxtəlif xəstəliklərin müalicə, remissiya və sağalmasında sosial uyğunlaşma vasitəsi kimi tətbiq edilən müalicə növüdür.

Atlarla müalicənin iki növü var: ipponeterapiya və raytterapiya. Bunlardan birincisi atlarla təmas hesabına, ikincisi isə onların üzərində gəzinti ilə aparılan müalicədir. İppoterapiya somatik və psixi xəstələrə zədədən sonra və rekonvalessensiya dövründə bərpaedici təsir göstərmək məqsədilə həyata keçirilir. Həmin müalicə üsulu ürək-damar, həzm və digər sistem xəstəliklərinin sosial bərpası məqsədi ilə tətbiq olunur.

Atlarla müalicəvi gəzinti zamanı eyni vaxtda bütün əzələ qrupları işləyir, onların üzərində oturarkən müvazinəti itirməmək və yıxılmamaq üçün əzələlər fəal hərəkətdə olur. Atların belində oturarkən qorxu hissi yoxa çıxır, özünəinam, iradə və dözüm yaranır. Müalicə kompleks şəkildə - müalicəvi gimnastika, masaj və s. ilə aparılır. Uşaq serebral iflici zamanı spasitik sindromların azalması müşahidə edilir.

Müalicəvi bədən tərbiyəsinin bir növü sayılan atlarla gəzinti - raytterapiya zamanı simpatik sinir sisteminin stimullaşması nəticəsində bütün mübadilə prosesləri fəallaşır. Atların bədən temperaturu insandakından 1,5 dərəcə yüksəkdir və bunun nəticəsində ətraf əzələlərdə qan dövranı yaxşılaşır. Hərəki pozğunluqla müşayiət olunan sinir sistemi xəstəlikləri, inkişaf qüsurları, zədə və operativ müdaxilələrdən sonrakı bərpa prosesi, dayaq-hərəkət aparatı və daxili orqanların xəstəlikləri, sosial uyğunlaşma pozğunluqları zamanı ippoterapiya ilə müalicə olmaq məsləhət görülür.

Atlarla terapiyanın şərtləri

Ölkəmizdə ippoterapiya xidmətləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ambulator və stasionar müalicə alan şəxslərə göstərilir. Bu zaman müraciət edən şəxslər müayinə olunur, onlarda müalicə ilə bağlı əks göstərişlərin olub-olmadığı yoxlanılır. Vətəndaşlar müalicəyə uyğun hesab edildikdə, onlarla müvafiq sənədlər imzalanır və ippoterapiyaya başlanılır.

Agentliyin əməkdaşı Pərvin Süleymanova AZƏRTAC-a bildirib ki, ippoterapiya üçün xüsusi göstərişlər olmalıdır: “Uşaqlar, yetkinlər üçün spesifik olaraq psixi inkişafın ləngiməsi, autizm spektr pozuntusu, emosional tənzimləmə, posttravmatik stres pozuntusu kimi hallarda atlar vasitəsilə terapiya çox effektivdir və müsbət nəticələr əldə edilir. İppoterapiyaya icazə 3 yaşındandır. Amma biz onların cari psixi və fiziki vəziyyətinə baxırıq. Bu terapiyadan qazilər üçün də istifadə olunur. Xüsusilə hədəf qruplarımızdan biri Vətən müharibəsinin iştirakçılarıdır”.

O qeyd edib ki, xidmət hər kəs üçün individual aparılır. Ümumilikdə isə bu proses 8-10 seans arasındadır. “Həftədə 1-2 dəfə olmaqla bir neçə dəfə davam edir. Üç il də davam edə bilər. Seansların davamlılığı şəxsin fərdi inkişaf proqramına uyğun tərtib edilir və müddətlər fərqli ola bilər”.

İppoterapiyanın sağlamlığa təsirləri

1 Nömrəli Uşaq Reabilitasiya Mərkəzinin təlimçisi Nigar Muxdəsənova vurğulayıb ki, atlarla terapiya insanların, xüsusilə də uşaqların bacarıqlarının inkişafına müsbət təsir göstərir. Həmçinin özgüvənin formalaşmasına, “mən bacardım” duyğusunun yaşanılmasına kömək edir: “Uşaqların birinci, ikinci seanslarda qorxularının, fobiyalarının olması normaldır. Amma üçüncü seanslar zamanı onlar daha rahat və özgüvənli olurlar”.

Təlimçinin sözlərinə görə, sürətli informasiya məkanında ippoterapiya həm də yavaşlama üsuludur: “Bu terapiya daha sakit həyata alışmağa kömək edir. Çünki indi hər kəs sürətli həyata öyrəşib. Amma ippoterapiya atların üzərində müvazinəti, emosiyaları tənzimləməyə yardım edir. Bu baxımdan prosesin sosiallaşmaya da böyük təsiri var”.

Mütəxəssis diqqətə çatdırıb ki, atlarla terapiya zamanı müxtəlif alətlərdən istifadə olunur: “Birinci oyun adaptasiyasıdır. Daha sonra atların üzərində müxtəlif kiçik motorikaya təsir edən oyunlarla irəliləyirik”.

Atlarla terapiyaya maraq və nəticə

İppoterapiyadan istifadə edənlərin üz tutduqları Cıdır Atçılıq Mərkəzində hər bir tapşırıq təlimatçıların müşayiəti ilə yerinə yetirilir. Onlar həftədə 2 dəfə olmaqla bu müalicə üsulundan istifadə edirlər.

Belə şəxslərdən biri olan Nəzrin Nəcəfzadə deyib ki, atları çox sevsə də, ilk gün ata minməkdən çəkinib. Amma o, indi atlarla terapiyaya sevinə-sevinə gəlir: “3-cü sinifdə oxuyuram. At sürməyimi bəyənirlər. Ata minəndə özümü yaxşı hiss edirəm, bu hal əhvali-ruhiyyəmə yaxşı təsir göstərir”.

Serebral iflic xəstəliyindən əziyyət çəkən 16 yaşlı Leyla Məmmədova da mərkəzə həvəslə gəldiyini bildirib: “Ata minəndə özümü yaxşı hiss edirəm. Sağalmağıma yaxşı təsir edir”.

Leylanın anası İzzətxanım Məmmədovanın sözlərinə görə, ippoterapiyanın faydaları çoxdur: “Leyla indi özünü daha sərbəst və rahat hiss edir, tonuslar azalıb. Müalicə çox yaxşı təsir göstərir”.

Dünyada ippoterapiyanın inkişafı və artan müalicə mərkəzləri

Qeyd edək ki, ippoterapiyanın banisi fransız həkim və psixoloq Y.Lalleridir. O, atlarla terapiya ilə ötən əsrin 60-70-ci illərində məşğul olub.

Antik dövrün məşhur həkimi Hippokrat isə yaralıların və bir sıra xəstəliklərdən əziyyət çəkənlərin atla gəzintidən sonra sürətlə sağaldığını qeyd edib.

Son 30-40 ildə atlarla gəzinti Almaniya, Fransa, İsveçrə, Polşa və Skandinaviya ölkələrində inkişaf edib. Dünyanın onlarla ölkəsində ippoterapiya ilə məşğul olan xüsusi müalicə mərkəzləri var.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ceyhun Mustafayev
Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell“ “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib