Barbara Çiçero: Azərbaycandakı bu ilk festival gələcəkdə regionun ən önəmli mədəniyyət hadisəsi olacaq VİDEO
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə keçirilən festival gələcəkdə regionun ən önəmli mədəni hadisələrindən birinə çevriləcək. Çünki tanqo insanları bir araya gətirən, eyni zamanda onları bu gözəl ölkəni kəşf etməyə və ziyarət etməyə həvəsləndirən xüsusi bir mədəni körpüdür.
Bunu AZƏRTAC-a açıqlamasında “Metropolitango Award” layihəsinin təsisçisi və təşkilatçısı Barbara Cicero “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyət Həftəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, tanqo özünəməxsus yaxınlığı, insanları birləşdirən ruhu sayəsində bütün dünyada sevilərək yayılıb. “Mən ilk dəfə Azərbaycana səfər etdim. Bakıda olduğum müddətdə şəhəri dərhal sevdim. Ölkənizdə olmaqdan böyük xoşbəxtlik duyuram”,- deyə Barbara Cicero əlavə edib.