TİKA-nın İnkişaf Elçiləri Proqramının iştirakçıları Bakıdakı "Türk şəhidliyi" abidəsini ziyarət ediblər VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən ilk ölkə olaraq Azərbaycanda həyata keçirilən İnkişaf Elçiləri Proqramının iştirakçıları iyulun 30-da Bakıdakı "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, proqram iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və Bakının bolşevik-erməni daşnak işğalından azad edilməsi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, TİKA-nın İnkişaf Elçiləri Proqramı gənclərin beynəlxalq əməkdaşlıq, inkişaf layihələri və mədəni əlaqələr sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
Müxbir - Elmir Səftərov
Operator - Mirrəsul Cəfərov