Diaspor nümayəndəsi: Azad edilmiş torpaqlara ayaq basdığım an keçirdiyim hissləri heç nə əvəz etməz VİDEO
Zəngilan, 2 avqust, AZƏRTAC
Mənim üçün çox böyük və xoş bir təcrübə oldu ki, işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etdik. Bu, çox həyəcanverici və qürurverici bir hissdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinə Türkiyədən qatılan Faiq Tağızadə söyləyib.
O, işğaldan azad edilmiş torpaqlara ayaq basdığı ilk andan etibarən keçirdiyi hissləri heç nə ilə əvəz etməyin mümkün olmadığını bildirərək deyib: "Düşünürəm ki, diasporumuz gələcəkdə daha da genişlənəcək və güclənəcək, xarici ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayacaq.
İlk gün olmasına baxmayaraq, artıq çox maraqlı məqamların şahidi olduq və dəyərli təcrübələr qazandıq. İnanıram ki, qarşıdakı günlərdə daha çox gözəl anlar yaşayacaq, yeni yerlər görəcək və zəngin təəssüratlar əldə edəcəyik”.