Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Qədim zamanlardan bəri Mərkəzi Asiya müxtəlif makroregionları birləşdirən, sərhədləri, tərkibi və üstünlük təşkil edən qüvvələri zamanla dəyişən məkan olub. Düşünürəm ki, Mərkəzi Asiya üçün yolayrıcında olmaq, bəlkə də bir taledir. Lakin bu gün əsas məqam ondan ibarətdir ki, bütövlükdə dünya yolayrıcındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunun açılış mərasimində Özbəkistan Ali Məclisi Senatının birinci sədr müavini Sodyq Safoev deyib.
“Bu gün müşahidə edilən proseslər bütün dünyada qeyri-adi dəyişikliklərin baş verdiyini göstərir. Əlbəttə ki, mərkəzi mövqedə yerləşən Mərkəzi Asiya regionu da dünyada baş verən əsas proseslərin təsiri altındadır. Əgər regionda baş verən hadisələri və onun gələcək inkişaf perspektivlərini təhlil etməyə çalışırıqsa, onları daha geniş qlobal kontekst çərçivəsində nəzərdən keçirməliyik”,-deyə Sodyq Safoev bildirib.