Azərbaycanlı tələbə Türkiyədə “Qarabağ” adlı film çəkmişdir VİDEO
Bakı, 30 dekabr (AZƏRTAC). Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ” filminin çəkilişlərini başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, film universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlmişdir.
Qarabağ müharibəsindən bəhs edən 18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır.
Filmdə baş rollarda Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk çəkilmişlər. Ekran əsərində, həmçinin Ukrayna, İraq, Şimali Kipr, Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da rol almışlar.
Film yaxın günlərdə “youtube” videoportalında da yerləşdiriləcəkdir.
Qeyd olunan linkdən ekran əsərini izləmək mümkündür:
https://docs.google.com/file/d/0B6e2nbVN6uRpUFZaRmkyc3o0QjA/edit
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]