SİYASƏT
Avtomobil yolu işçiləri peşə bayramlarını qeyd etmişlər VİDEO
Bakı, 22 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il fevralın 22-si avtomobil yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramları münasibətilə Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmişdir.
Yol işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]