Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tokionun “Radio Rainbowtown FM” radiosunda Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri ilə bağlı xüsusi veriliş yayımlanmışdır VİDEO

Tokionun “Radio Rainbowtown FM” radiosunda Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri ilə bağlı xüsusi veriliş yayımlanmışdır VİDEO

Tokio, 24 fevral (AZƏRTAC, Vüqar Ağayev). Tokionun “Radio Rainbowtown FM” radiosunda Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri ilə bağlı xüsusi veriliş yayımlanmış, onun videogörüntüləri radionun internet portalında canlı nümayiş olunmuşdur.

Verilişdə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev fevralın 25-dən 28-dək Azərbaycanın hökumət üzvləri və müxtəlif şirkətlərin təmsilçilərindən ibarət böyük nümayəndə heyətinin bu gündoğar ölkəyə səfəri barədə aparıcı Soiçi İkinin və dinləyicilərin suallarını cavablandırmışdır. Bildirilmişdir ki, fevralın 26-da Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclasının keçirilməsi gözlənilir. İclasda Yaponiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr müzakirə olunacaqdır. Bundan əlavə, nümayəndə heyətinin tərkibində Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə, Fövqəladə Hallar nazirliklərinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, bir sıra şirkətlərin nümayəndələrinin olması həmin sahələrdə də əməkdaşlıqla bağlı müzakirələrin aparılacağını deməyə əsas verir.

Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan və onunla əlaqələr quran ilk dövlətlərdən biri olduğunu qeyd edən V.Ağayev bildirmişdir ki, ikitərəfli münasibətlərin qurulmasından ötən illər Azərbaycan-Yaponiya dostluğunun möhkəmlənməsi ilə yadda qalmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı və bu səfərdən sonra əlaqələrin sürətlə inkişaf etdiyi vurğulanmışdır. Bu siyasətin davamı olaraq, Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmiş və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan vermişdir.

Qeyd edilmişdir ki, Yaponiya ilə əməkdaşlıq sahələri arasında ilk növbədə, enerji, neft-qaz hasilatı xüsusi yer tutur. Yaponiya şirkətləri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlində fəal iştirak edirlər və onlar Azərbaycan iqtisadiyyatına 100 milyonlarla dollar sərmayə qoymuşlar. Yaponiyadan Azərbaycana isə avtomobillər, texniki avadanlıq, elektronika sənayesi məhsulları ixrac olunur. Bildirilmişdir ki, yapon şirkətləri Azərbaycanda neft-kimya, neft-qaz emalı il yanaşı, səhiyyə, yüksək texnologiyalar və kosmik sənaye sahələrində əməkdaşlığa da böyük maraq göstərirlər. Yapon maliyyə institutları, hətta irihəcmli layihələrə kredit ayırmağa da hazır olduqlarını bəyan edirlər.

Bir saat davam etmiş verilişdə Azərbaycanın son illər böyük sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyi qeyd olunmuş, ölkəmizdə həyata keçirilən nəhəng, beynəlxalq əhəmiyyətli layihələr barədə məlumat verilmişdir.

Nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Abid Şərifovun bu günlərdə “Nikkey” qəzetinə müsahibəsini xatırladan V.Ağayev bildirmişdir ki, Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Şahdəniz-2”, Trans-Anadolu boru xətti (TANAP) və Trans-Adriatik boru xətti (TAP) layihələri böyük investisiya qoyuluşu tələb edir və Azərbaycan Yaponiya şirkətlərini bu nəhəng layihədə iştiraka dəvət edir. TANAP Azərbaycan qazının Türkiyəyə, TAP isə onun Yunanıstan və Albaniya vasitəsilə Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazın Avropaya nəqlini nəzərdə tutan və “XXI əsrin müqaviləsi” adlanan həmin layihələrin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Bu, Yaponiya şirkətləri üçün böyük biznes imkanıdır.

Yaponiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi, “İtoçu” başda olmaqla, təbii sərvətlərin hasilatı ilə əlaqəli yapon şirkətlərinin sayının artıq səkkizə çatdığı və bunun Qafqazda ən böyük rəqəm olduğu bildirilmişdir.

Azərbaycan rəhbərliyinin təbii ehtiyatlardan bacarıqla istifadə etməsi nəticəsində ölkə əhalisinin rifah halının xeyli yaxşılaşdığı verilişdə xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət sayəsində yoxsulluq 5,5 faizə, işsizlik 4,8 faizə endirilmişdir. Azərbaycanda minimum əmək haqqı və pensiyalar hər il artırılır. Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək istiqamətində siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı hər bir ailədə hiss olunur. Azərbaycan paytaxtı Bakı çoxmərtəbəli binaların tikinti meydançasına çevrilmişdir və Avropanın bahalı brendləri bir-birinin ardınca burada öz mağazalarını açırlar. Bununla yanaşı, regionların inkişafına da xüsusi diqqət yetirilir.

Xalqın Azərbaycan rəhbərliyinə inamı barədə sualı cavablandıran AZƏRTAC-ın xüsusi müxbiri bildirmişdir ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial-iqtisadi siyasət əhali tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bunu ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir. Belə ki, seçkilər əhalinin yüksək fəallığı ilə diqqəti cəlb etmişdir və seçicilərin 72,31 faizi seçki məntəqələrinə gələrək öz namizədlərinə səs vermişlər. Seçkilərin azad, demokratik və ədalətli şəkildə keçirildiyi beynəlxalq təşkilatların nümayəndələri və xarici müşahidəçilər tərəfindən qeyd edilmiş, Prezident İlham Əliyev səslərin 84,54 faizini toplayaraq böyük qələbə qazanmışdır. Bu, Azərbaycan xalqının ölkə rəhbərliyinə inamının bariz nümunəsidir.

Verilişdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı siyasi partiyalar, olimpiya idman hərəkatı, ölkədə həyata keçirilən böyük infrastruktur layihələri, tikinti-quruculuq işləri və digər məsələlərlə bağlı suallar da ətraflı cavablandırılmışdır.

Səfərin Azərbaycan mediasında işıqlandırılması barədə suala cavab verən V.Ağayev bildirmişdir ki, bu, AZƏRTAC və Azərbaycan Televiziyası vasitəsilə həyata keçiriləcəkdir. AZƏRTAC Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri üçün rəsmi informasiya mənbəyi rolunu oynadığına görə, onlar səfər barədə məlumatları agentlik vasitəsilə əldə edərək yayacaqlar. Eyni zamanda, Yaponiya mətbuatının mövzu ilə bağlı yaydığı məlumatlardan da istifadə ediləcəkdir.

Tokionun “Radio Rainbowtown FM” radiosunda Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri ilə bağlı xüsusi veriliş yayımlanmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”da Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb