Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı VİDEO

Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 4-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Prezident İlham Əliyevin

bəyanatı

- Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Hörmətli qonaqlar.

İlk növbədə əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici səfərimi qardaş Türkiyəyə etmişəm. Bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir.

Fürsətdən istifadə edərək, rəhbərlik etdiyiniz partiyanı bələdiyyə seçkilərində qazandığı böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bu qələbə bir daha Sizin gördüyünüz işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən, xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır.

Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir.

Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir.

Digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir. Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız, qonşularımız üçün də böyük fayda verəcəkdir.

Bu gün biz, eyni zamanda, hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu sahədə də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış bizim ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır. Bu işğal, ədalətsizlik davam edir. Buna son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, belə də olacaqdır. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq.

Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum, qardaşımla görüşürəm. Bir daha Sizə, bütün türk xalqına xoşbəxtlik və yeni uğurlar arzulayıram. Bir daha xoş gəlmisiniz.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın

bəyanatı

- Çox təşəkkür edirəm, hörmətli Prezident, dəyərli media nümayəndələri, xanımlar, cənablar.

Əvvəla ənənəvi hal alan səfərlərimizin birincisini martın 30-da keçirilən yerli seçkilərdən sonra qardaş Azərbaycana etməkdən məmnunluq duyuram. Bu səfəri nazir və deputat dostlarımızla birlikdə həyata keçirdik və bu gün Azərbaycan-Türkiyə arasındakı ikitərəfli əlaqələrimizi, regional məsələləri müzakirə etmək imkanımız oldu. Çox mənalı bu müzakirələr nəticəsində xarici ticarət dövriyyəsi təqribən 15 milyard dollara doğru gedən iki ölkənin gələcəyə baxışındakı bünövrə günbəgün daha da möhkəmlənir. Bir az əvvəl cənab Prezidentin də ifadə etdiyi kimi, Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür. Bunların ən əhəmiyyətlisi də təbii ki, TANAP layihəsidir. Bu layihə ilə əlaqədar başlanan rəsmiləşdirmə işləri ilə bağlı Nazirlər Kabinetinin qərarı da qəbul edilmişdir. Qarşıdakı aylarda, inşallah, burada addımlar atılacaq və TANAP-la bağlı 2018-ci il hədəfinə nail olacağımız an inanıram ki, bu beynəlxalq layihə aramızdakı qardaşlığımızı qat-qat gücləndirəcəkdir.

Təbii ki, bununla yanaşı, cənab Prezidentin də ifadə etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsi, ondan sonra eyni şəkildə yenə Bakı-Tbilisi-Qars dəmir yolu məsələsi, ondan sonra yenə Şahdəniz-Ərzurum layihəsi, bütün bunlar həqiqətən Azərbaycan-Türkiyə arasındakı bağların nə qədər güclü olduğunu göstərən ən mühüm sərmayələrdir.

Bizim aramızda təbii ki, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət, - bütün bu sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq. Xüsusilə təbii qaz məsələsində yatırmaqda olduğumuz, yatıracağımız sərmayələr və bu mövzu ilə əlaqədar olaraq daha əvvəl “Petkim”də başlayan proses və “Petkim”dəki yeni investisiyalar bu addımların nə qədər əhəmiyyət daşıdığını ifadə edir.

Bizim bu həmrəyliyimiz, bu qardaşlığımız bundan sonrakı dövrdə də eyni qətiyyətlə davam edəcəkdir. Bu məsələdə tərəflərdə heç bir narahatlıq yoxdur. Təkbətək görüşümüzdə də bunları əhatəli müzakirə etmək imkanımız oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə də bunları eyni şəkildə dəyərləndirmək imkanımız oldu.

Nazirlərimiz öz aralarında istər enerji, istər müdafiə sənayesi istiqamətində birlikdə nələr edə biləcəyimizi müzakirə etdilər. Fikir verirsinizsə, Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli səfərlər son vaxtlarda daha da artmağa başlamışdır. İstər prezidentlər arasındakı, istər Baş nazir, nazirlər arasındakı görüşlər hər keçən gün daha da artaraq davam edir. Bunlar bundan sonra da tərəddüdsüz şəkildə davam edəcəkdir. Bizim bu məsələdəki qətiyyətimiz həmişəki kimi, eyni şəkildə davam etməkdədir.

Təbii ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Bunu təkrar aramızda müzakirə etdik və Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da yenə eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz. Bunun xüsusilə ekran qarşısında bizi izləyənlərin bilməsini bir daha istəyirəm. Bu baxımdan bunu ifadə edirəm.

Mən bizə göstərilən qonaqpərvərliyə, xüsusilə media nümayəndələrinə də dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.

X X X

Sonra jurnalistlərin sualları cavablandırılmışdır.

X X X

“Əl-Cəzirə Türk” Televiziyasının aparıcı müxbiri Didem Özel TÜMER: Cənab Baş nazir, TANAP-da təməlqoyma mərasiminin daha əvvəl 2014-cü ildə olacağı açıqlanmışdı. Bu görüşdə bir tarix müəyyən edə bildinizmi? Sizə başqa bir sualım, “Camaat məktəbləri” olaraq tanınan türk məktəblərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı cənab Əliyevdən hər hansı bir istəyiniz oldumu?

Cənab Əliyev, həmin məktəblərlə əlaqədar olaraq fikriniz nədir? Bir də türk mətbuatında “Gülən camaatı”nın Azərbaycandakı fəaliyyəti ilə bağlı bəzi xəbərlər çıxdı, bəzi yüksək səviyyəli bürokratların vəzifədən azad edildiyi şəkildə. “Camaat”ın fəaliyyəti ilə bağlı Sizin fikriniz nədir?

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Əvvəla, təbii ki, mənim buraya səfərimin ən mühüm səbəbi ənənəyə uyğun olaraq hər seçkidən sonra ilk səfərimizin Azərbaycana olmasıdır. Bu səfərimiz də ənənəyə uyğun olaraq atdığımız addımdır. İkitərəfli münasibətlərimizi müzakirə edirik. Təbii ki, ölkələrimizdə hər hansı bir sıxıntı varsa və bu sıxıntı ölkələrimizi həqiqətən narahat edirsə, bunları da aramızda ayrıca müzakirə edirik.

TANAP ilə əlaqədar məsələyə gəldikdə, Nazirlər Kabinetinin qərarı ilə hazırda rəsmiləşdirmə prosesi başlamışdır. Bu prosesi davam etdirib başa çatdıra bilsək, hər halda bu ilin sonuna qədər kəmərin təməlini qoya bilərik. Bu məsələ ilə bağlı narahatlığımız yoxdur. Bizim əsas məqsədimiz odur ki, bir an əvvəl buldozerlər işləməyə başlasın və qısa müddətdə, inşallah, TANAP marşrutu ortaya çıxsın. Təbii ki, bunlar layihə və plan şəklində vardır. Amma bu kanallar açılmağa başladığı andan etibarən, bütün borular orada göründüyü anda artıq dünya bunu çox yaxından izləyəcəkdir. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: TANAP layihəsi ilə bağlı istərdim ki, bir-iki kəlmə söz əlavə edim. Bu layihə birgə layihəmizdir. Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir. Bu layihənin həyata keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynamışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində bizim ölkələrimiz bir-birinə daha da sıx bağlı olacaq, siyasi və iqtisadi imkanlarımız böyük dərəcədə artacaqdır. Biz çalışacağıq ki, bu layihəni vaxtında icra edək. Hər halda bizə verilən məlumata görə hər şey cədvəl üzrə gedir. Ümid edirəm ki, 2018-ci ildə biz bu layihənin açılışını əziz qardaşımla bərabər qeyd edəcəyik.

O ki qaldı sualın digər hissəsinə, əziz qardaşımın dediyi kimi, bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Biz ildə bir neçə dəfə görüşürük. Keçən dəfə dörd ay bundan əvvəl görüşmüşük, bu dəfə də görüşürük. Gələn ay da görüşümüz ola bilər. İyun ayında görüşümüz olacaqdır. Yəni bu, təbiidir. Biz müttəfiqik, biz dostuq, biz qardaşıq. Bizim aramızda olan söhbətlər, əlbəttə ki, çox geniş sahəni əhatə edir. Elə bir məsələ yoxdur ki, biz bu məsələni səmimiyyətlə, dost, qardaş kimi müzakirə etməyək. Əsas məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir ki, biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik. Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır. Belə də olmalıdır. Gələcək uğurlu inkişafımız və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan sonra da davam edəcəkdir, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik, yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən, qardaşlar belə olmalıdır və biz də belə qardaşlardanıq.

Azərbaycan İctimai Televiziyasının müxbiri Mehriban Məmmədova: Cənab Baş nazir, bəzi ölkələrin KİV-lərində Sizin rəhbərlik etdiyiniz partiyanın nurçuluqla bağlı olduğu söylənilir. Hazırda Türkiyədə nurçuluq meylləri ilə mübarizə aparılması müşahidə olunur. Sizin bu vəziyyətə münasibətinizi bilmək istəyərdik. Çox sağ olun.

Rəcəb Tayyib ƏRDOĞAN: Bu, təbii ki, mənə çox qəribə gəldi. Bizim elə bir bağlantımız təbii ki, yoxdur. Bizim yeganə bağlantımız millətlədir. Millətlə olan bağlantımız çox yaxşı olduğu üçün 46 faiz səs aldıq. Bu seçki də məlumdur ki, necə deyərlər, etimadın doğrulması idi və bunu bacardıq. Biz xalqımızın içərisində hər hansı bir ayrı-seçkiliyə imkan vermərik. Ayrı-seçkiliyə tamamilə qarşıyıq. Baxın, hazırda Türkiyənin demək olar ki, bütün vilayətlərində üzvləri bələdiyyə sədri seçilən tək partiya bizik. Bununla yanaşı, bizim 7 bölgəmiz vardır, bu 7 bölgənin altısında birinci partiyayıq, digər bölgədə də bərabərik. Bizim belə bir xüsusiyyətimiz də vardır.

Bu, haradan qaynaqlanır? Biz bütün xalqı əhatə edirik. Digərləri əhatə edə bilmir. Bəziləri irqçilik, bəziləri bölgəçilik edir. Bizdə bu, yoxdur. Biz 77 milyonun partiyasıyıq. Biz 780 min kvadratkilometrin partiyasıyıq. Mən həmişə deyirəm, bizim dörd əsas prinsipimiz var: Tək millət, tək bayraq, tək vətən, tək dövlət. Bu, xalqımızın bizə olan xoş münasibətini artırmışdır. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı VİDEO

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO

Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub